Cv-Nizdə Bunları Qeyd Etməyin!

0
4978
Cv-Nizdə Bunları Qeyd Etməyin!

1. Səhifənin yuxarısında başlıq yazılmamalı, həmçinin CV–nizə nişan da vurulmamalıdır. “CV” və ya “Curriculum vitae”  kimi başlıqlar yazmayın. Həmin yerə adınızı və koordinatlarınızı yazmağınız düzgündür.

2. Qeyri – formal dildən və ya jarqondan istifadə etməyin. CV qrammatik səhvlərsiz, mümkün qədər sadə dildə, çox iddialı sözlərdən və texniki terminlərdən istifadə etmədən yazılmalıdır.

3. Yazdığınız cümlələr uzun olmamalıdır. Mümkün qədər az sözdən istifadə etməklə daha çox məlumat ötürməyə çalışın.

4. Xüsusi tələb olmadıqca fotoşəkil daxil etməyin.

5. Son əmək haqqınızı qeyd etməyin. Onlar buna uyğun olaraq sizə az əmək haqqı təklif edə bilərlər və ya əksinə, keçmiş əmək haqqınız çox yüksək olduğuna görə sizi müsahibəyə dəvət etməyə bilərlər.

6. Öz referenslərinizin ad və koordinatlarını qeyd etməyin. Əvəzinə, bildirin ki, əgər tələb edilərsə, referensləriniz və onlar haqda məlumat verməyiniz mümkündür.

7. Son iş yerinizdən ayrılma səbəbinizi CV–nizə daxil etməyin. Lakin intervyu üçün bu suala cavab hazırlayın.

8. Öz bacarıqlarınızı və ya nailiyyətlərinizi “şişirtməyin”. Unutmayın ki, işə götürənlər təklif irəli sürməzdən əvvəl bacarıq və nailiyyətlərinizi mütləq yoxlayırlar. Yəqin ki, sonradan pərt olmaq və ya yaxşı bir təklifi itirmək istəməzsiniz.

9. CV–nizi bacarıq və nailiyyətlərinizdən ibarət monoton bir siyahıya çevirməyin. Faktları daha canlı şəkildə ifadə edin və oxuyucunun gözündə öz aydın şəklinizi yaradın.

10. CV–nin başlığında 4-5 cümlədən ibarət xülasə yazmağı unutmayın. Bir çox CV–lərdən işə götürənin namizədin nə dərəcədə bacarıqlı olduğunu anlamaq üçün bütün məlumatları oxumağa kifayət qədər vaxtı olmadığına görə imtina olunub. 

 Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN