Dövlətlər,Şəxsiyyətlər Və Qanun

0
2285
Dövlətlər,Şəxsiyyətlər Və Qanun

ULU KEÇMİŞDƏN

Böyük Səlcuqlu dövlətinin tabeliyində Anadolu Səlcuqlu dövlətini quran Süleyman şahın qələbələrindən təşvişə düşən qardaşı Tutuş Hələb bəyi ilə birləşib Süleyman şaha qarşı çıxdı. Məğlub olan Süleyman şah xəyanətə dözməyib intihar etdi: «Mən türklüyümə və şənimə yaraşan bir iş tutdum». Qardaşının meyitini axtarıb tapan Tutuş ona cəsədin başqasına aid olacağı söylənildiyi zaman demişdi: «Bu Süleyman şahdır! Mən onu ayaqlarından tanıdım. Biz türklərin ayaq və barmaqları bir-birinə bənzəyir!»

                                             ***

TALEYİN İSTEHZASI

E.ə 5-4-cü əsrlərdə yaşamış yunan islahatçısı Klisfen ostrakizm haqqında qanun verir. Bu qanuna görə cinayət törədib-törətməməsindən asılı olmayaraq əleyhinə altı mindən çox səs toplanan Afina vətəndaşı  10 il müddətinə vətəndən qovula bilərdi. Tale elə gətirdi ki, bu cəzaya ilk dəfə məşhur islahatçının özü məruz qaldı!

                                             *** 

KARTER VƏ BREJNEV

 …1979-cu ilin iyununda yüksək dairələrin Vyana görüşündə L.İ.Brejnev faktiki olaraq  yeriyə bilmirdi. Mətbuat konfransında amerika jurnalistləri məhz bununla bağlı saysız-hesabsız suallar yağdırırdılar. Doğrusu mən əsəbləşmişdim. 

Axırda dözməyib, ABŞ prezidenti Karterin köməkçisi Con Pauellə belə bir sualla müraciət elədim:

- Cənab Pauell, bilmək istərdim ki, Prezident Karterin səhhəti necədir? Salonda gülüşmə qopdu. Sualımın mənası hamıya aydın idi. Bilirdilər ki, son aylar Karterin reytinqi kəskin aşağı düşüb, siyasi gələcəyi olduqca qaranlıqdır… Lakin bu sualdan Con Pauell özünü itirmədi: yüngülcə gülümsəyərək:

- Karterin siyasi səhhəti təxminən Brejnevin şəxsi səhhəti kimidir, - dedi. Bununla da mətbuat konfransı qurtardı. /Melor Strua/

 

                                            

ŞƏRH YAZIN