İlk görüşdə qadınlar!

0
2750
İlk görüşdə qadınlar!

 İlk görüş önəmlidir. İlk təəssüratlar yaranır, onu tanımağın üçün gözəl fürsətdi. Qadınlar ilk görüşdə çəkingən və utancaq görünsə də, sual verməyə başladıqdan sonra hər şeyi unutmağa başlayır.


Bəzən qarşı tərəfi tanımaq üçün, bəzən isə sadacə qadın marağından ilk görüşdə onu sual atəşinə tuturlar. Qadınların bunu etməkdə məqsədi əslində, söhbət etmək deyil. Qadınlar kişinin həyatı haqqında mümkün qədər çox şey öyrənmək istəyir. Xüsusən də, əvvəlki sevgilələri barədə bir şey öyrənə bilmək üçün hiylə işlədir və istədiklərini öyrənməyə çalışırlar. 

Bu isə qadın xarakteri ilə bağlıdır. Onlara əslində, əvvəlki sevgilinin görüşünü daha çox maraqlıdır. Onun haqqında əldə etdikləri məlumatlarla şüuraltında özlərini müqayisə etməyə başlayırlar. 

Türk mətbuatının verdiyi xəbərə görə, ilk görüşdə həm qadınlar, həm də kişilər həyəcanlı olur və bir az gərgin keçir. Söhbət etmək bir az çətin olur, olsa da çox qısa sürür. Görüşdə tet-tez fasilələr yaranır.

Mütəxəssislərin verdiyi məlumta görə, ilk görüş böyük əhəmiyyət kəsb edir. Beləki, ilk görüş necə keçirsə, münasibətlər elə davam edir. Qadınlar ilk görüşdə kişilərə aşağıdakı sualları verir. 

Ən çox sevdiyin rəng hansıdır? 
 
Kişilər üçün geyimdə rəngin bir o qədər əhəmiyyəti olmur. Lakin ona qırmızı və ya çəhrayı rəngli köynək hədiyyə etsəniz, “Sən əminsən ki, bu kişi köynəyidir?” sualı ilə qarşılaşa bilərsiniz. 

Bürcün nədir? 
 
“Bilmirəm və bu kimi şeylərlə maraqlanmıram” dəsə də, internetdə və qəzetlərdə bürclərə aid xəbərləri oxuyur. 

Ən çox sevdiyin yemək hansıdır? 
 
“Anamın bişirdiyi bütün yeməkləri sevirəm” deyər. Gələcəkdə anası kimi bişirməyinizi istəyər.

Uşaqlıqda ən çox sevdiyin oyuncaq nə olub? Uşaqlıq xatirələrindən danışmağınızı arzu edər.
Ya plastik əsgərlər, ya da uzaqdan idarə olunan maşınlar deyə bilər. Lakin oyuncaq ayı deyərsə, problemli bir insanla görüşdüyünüzü bilsəniz yaxşı olar. 

“Hansı peşə sahibi olmağı arzu edərdin?” sualına isə oğlanlar adətən həkim və polis cavabını verir. Lakin əslində çoxu futbolçu və ya tanınmış popçu olmaq istəyirlər.

Hansı musiqiləri dinləməyi sevirsən? 
 
“Bəyəndiyim hər növ musiqini dinləyirəm” deyirsə, sizə ən qəribə mahnıları belə dinlədə bilər. 

Pul qazanmaq məcburiyyətində olmasaydın nə edərdin? 
 
Bu suala kişilər dünyanı səyahətə çıxardım cavabını verə bilər. Lakin qətiyyən inanmayın. Çünki kişilər bütün günü divanda uzanıb tv izləməklə kifayətlənərdilər.

Sənin üçün qadın bakirəliyi vacibdirmi? 
 
Bu suala kişilər yox cavabını desə də, gələcəkdə bunun əksi olduğunu öyrənəcəksən. 

İlk sevgilini xatırlayırsanmı? 
 
“Xatırlamıram, keçmişdə qalıb”desə də, əslində hər şeyi dəqiqliyinə qədər xatırlayır. 

Unuda bilmədiyin bir sevgi varmı?
 
Əvvəllər həyatında olan bir qız haqqında danışmağa başlaya bilər. Lakin münasibətləri bitibsə, çox güman ki, unudub. Ona olan sevgisini isə qarşı tərəfə təsir etmək üçün deyir və olduğundan daha artıq şişirdir.

Xəyalındakı qadın tipi necədir? Əsmər, qumral, sarışın…
 
Qadın əsmərdirsə, əsmərlərdən xoşlandığını deyir. Yox, qadın sarışındırsa, tam onun bəyəndiyi tip qadınlardan olduğunu deyəcək.

Ən pis vərdişin nədir? 
 
Bu sualın qarşılığında çox zaman ən klassik cavab eşidə bilərsiniz. “Sevdiyin insana çox bağlanıram”

Qısqancsanmı? 
 
Qadını qorxutmamaq üçün kişilər bu suala normal cavabını verə bilər. Lakin tanıdıqca, normal olub-olmadığını özünüz müəyyənləşdirə biləcəksiniz. 

Xəyanət etmisənmi? 
 
Bu suala çox az kişi casərət edib düzgün cavab verə bilər. 

Alış-veriş etməyi sevirsənmi? 
 
Bu sualın özü belə kişiləri qıcıqlandırır. Lakin qızın xoşuna gəlmək üçün bəli deyə bilər. 

Həyatında neçə sevgilin olub? 
 
Bu sualı verərkən qadınlar özləri kişini həyatında hansı rolu oynadıqlarını müəyyən edir. Kişilərin görüşdüyü qadınların sayı-hesabı yoxdur. Lakin onlar bunu bacardıqları qədər azaltmağa çalışırlar.

ŞƏRH YAZIN