İnanclar, inanclar ...

0
9048
İnanclar, inanclar ...

 1} Ayağının altı qaşınan təzə başmaq geyəcək, ya da uzun yol gedəcək – deyərlər.


2} Başı daz olanın ağlı da çox olar – deyərlər.

3} Barmağında xalı olan qadın yaxşı xörək bişirər – deyərlər.

4} Bazar günü dırnaq tutularsa, sovqat gələr – deyərlər.

5} Başından hörümçək sallansa, deyərlər səfərdən adamın gəlir.

6} Bir-birinin gözündən öpənlərə: — Bir-birinizdən aralı düşərsiniz – deyərlər.

7} Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar.

8} Qulaq cingildәyəndә «kimsә sözümü danışır» — deyәrler

9} Qulağı kiçik olan kişinin arvadı da gözәl olar — deyәrlәr.

10} Dar vaxtı evi süpürmәk, evdən şey çıxarmaq ziyanlıq gәtirәr — deyәrlәr.

11} Dilin ucuna pay çıxıbsa, «artıq pay yemisәn» — deyәrler

12} Deyәrlәr odun üstünә su tökmәzlәr. Od sönsә, ocaq sönәr. 

13} Deyәrlәr ki, yuxuda at görsәn, murada çatarsan.

14} Deyәrlәr ki, sağ gözün səyirməsi xeyrәdir, solunku şәrә.

15} Deyәrlәr ki, yağış yağana yaxın qaranquşlar alçaqdan uçar.

16} Әli soyuq olanın ürәyi isti olar — deyәrlәr.

17] Әrə verilәn qızı ocağın başına dolandırarlar. Deyәrlәr ki, «qoy odlu-ocaqlı olsun».

ŞƏRH YAZIN