Kakaonun sehri ...

0
2310
Kakaonun sehri ...

 Yaddaşı gücləndirən daha bir vasitə məlum oldu. Kakao, bəli bəli, kakao...  İtaliyada aparılan bir araşdırmada,təsirlərinin müsbət yoxsa mənfimi olduğu hər zaman müzakirə mövzusu olan kakaonun, yaddaşa faydalı olduğu müəyyən edildi.


Yaddaşınızı qüvvətləndirən kakaoyla özünüzü də xoşbəxt edə bilərsiniz.

L'Aquila Universitetindəki işlərə qatılan 90 nümayəndə bir müddət boyunca hər gün tərkibində 990 mg, 520 mg ya da 45 mg kakao olan içkilərdən istifadə etdi. Ardından yaddaş, beyin funksiyası və ümumi düşünmə qabiliyyəti testlərində nümayəndələr arasında, daha çox kakao istehlak edənlərin, bu sahələrdə digərlərinə görə daha müvəffəqiyyətli olduğu görüldü. Təcrübəni idarə edən elm insanları, hər gün bir stəkan isti şokolad içmənin, xüsusilə də yaşlılar üçün faydalı olduğunu ifadə etdi.

ŞƏRH YAZIN