Nizami Gəncəvinin 8 mənali sözü.

0
9212
Nizami Gəncəvinin 8 mənali sözü.

Nizami Gəncəvinin bir çox sevdiyim mənalı və gözəl sözləri var.Onlardan bir neçəsini sizlərlə bölüşmək isdədim.


Çox iti beyinlər yatan oldular,
Axirda saxsı qab satan oldular.
~~~~~~~~~~~~
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti malı.
~~~~~~~~~~~~
Halal ye tərlan tək halal ov ara,
Bənzəmə leş üstə qonan quşlara.
~~~~~~~~~~~~
Pis-yaxşı nəyin var,demək malındır,
Lakin sənə vacib öz kamalındır.
~~~~~~~~~~~~
Ağzına qıfıl vur,yandır sözünü,
Boş-boş söyləməkdən saxla özünü.
~~~~~~~~~~~~
Qana qəltan etsə də səni zəhmət tikanı,
Çalışmaqdan usanma,işə alışdır canı.
~~~~~~~~~~~~
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
~~~~~~~~~~~~
Yersiz gülən dodağı bağlamağın yaxşıdır,
Boş gülüşün yerinə ağlamağın yaxşıdır.

ŞƏRH YAZIN