Qonaq Qəbul Etməyən Mehmanxana

0
4330
Qonaq Qəbul Etməyən Mehmanxana

Almaniyanın Rügen adasının geniş qumlu çimərliyində dünyanın ən nəhəng oteli yerləşir. Onun dənizə mənzərə açılan nömrələrinin sayı 10 mini ötür və beş kilometrdən çox məsafədə sahil boyunca uzanır.

Nə qədər qəribə görünsə də artıq 70 ildir ki, otel boş olaraq qalır. Səbəb isə ondan ibarətdir ki, Prora adlı bu dəniz kurortu Hitlerin əmri ilə nasistlər tərəfindən 1936-1939-cu illərdə tikilib. Bu müddətdə Hitler müharibəyə hazırlaşıb, bu səbəbdən onun prioritetləri dəyişib və tikinti layihəsi sona qədər başa çatdırılmayıb.
 
Prora oteli Yasmunder-Bodden dəniz körfəzini Baltik dənizindən ayıran insanların məskunlaşmadığı dar torpaq sahəsində, iki alman vilayəti Zasnits və Bints vilayətləri arasında yerləşir.
 
5 kilometr uzunluqda olan otel binası dənizdən 150 metr məsafədə yerləşir.
 
Bir neçə il ərzində Reyxin bütün nəhəng tikinti şirkətləri və təxminən doqquz min işçi bu layihəyə cəlb edilib.
 
İkinci dünya müharibəsinin başlanması ilə tikinti dayandırılıb, bütün işçilər isə silah zavodlarında işə cəlb olunub.
 
Müttəfiqlərin kütləvi bombardmanı zamanı Hamburqdan olan bir çox insanlar yaşayış bloklarından birində sığınacaq tapıblar.
 
Müharibədən sonra Prora oteli Şərqi Almaniya ordusu üçün hərbi forpost qismində istifadə edilib.
 
20 min nəfərin istirahəti üçün nəzərdə tutulan geniş kompleks Prime;Sevincdən keçən gücPrime; nasist proqramının bir parçası olub.
 
Bu proqramın məqsədi almaniyalı işçilərə istirahət təqdim etmək və nasist təbliğatını yaymaqdan ibarət olub.
 
Üçüncü Reyxin bütün memarlığı üçün xarakterik olan əzəmətlilik və amiranəlik, yaxından baxarkən ağrılı hisslər gətirən bu oteldə əksini tapıb. 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN