Ucuz istirahət yeri axtaranlar

0
2033
Ucuz istirahət yeri axtaranlar

Mövsümünə görə insanları bu gün ən çox maraqlandıran məsələlərdən biri istirahətdir, amma az pul xərcləyərək daha çox və daha yaxşı şəkildə istirahət etmək. Bəs dünyada insanlara ən ucuz istirahət etmək imkanı verən məkanlar hansılardır?   


Həmin məkanlardan altısını təqdim edirik:

1. Bu olkələrdən ilki Boliviyadır. Paytaxtı La Pazın qədim küçələrində 4 fərqli muzey vardır ki, girişi cəmi 55 sentdir. Həmçinin burada içki və yemək də çox ucuzdur - təxminən 1-2 dollar civarında.
 
2. Şri-Lanka - narın qumlu çimərliklər, onları əhatə edən dağlar, şəlalələr, çay terrasları Şri-Lankani cənnətə çevirir. Bu cür möhtəşəm bir yerdə, balta ağzı görmyən meşələrdə, dəniz sahilindəki otellərdə qalmaq isə 3 dollara başa gəlir. Gündəlik olaraq isə 30 dollara ürəyiniz istəyən kimi dincələ bilərsiniz.
 
3. Argentinanın paytaxtı Buenos Ayres öz gecə həyatı və əyləncələri ilə dünyanın ən seçilən şəhərlərindən birdir. Burada ən seçilən gecə klublarını çıxmaq şərtilə maraqlı və əyləncəli vaxt keçirmək olduqca ucuzdur - bir gecəlik istirahət təxminən 60 dollar.
 
4. Honduras dünyada ən çox səyahət edilən ölkələrdən olmasa da, qiymətlərinə görə olduqca cəlbedicidir. Çünki palmalı, ağ qumlu çimərliklərdə urəyiniz isytəyən kimi yeyib-içmək bir gün üçün təxminən 30 dollara başa gəlir.
 
5. Tailand öz möhtəşəm dənizləri və gözdən uzaq qalan kiçik adaları ilə, qısacası möhtəşəm mənzərisinə rəğmən, su qiymətinə istirahət təklif edən bir ölkədir. Çünki burada qonaq evlərində qalmaq 15-20 dollar, daha yaxşı otellərdə gecələmək isə 60 dollar xərc tələb edir. Sözsüz, dənizə daha yaxın otellərdə və evlərdə qiymət bir qədər artacaqdır. Amma Tailand həm də istirahət üçün ucuz şoppinq və gecə həyatı da təklif edir.
 
6. Möhtəşəm sahilləri, yağmurlu meşələri və su idmanı üçün ən ucuz yer isə Filipindir. Adalardan ibarət bu ölkənin ən çox tanınan şəhəri paytaxt Manila olsa da, istirahət ücün ən məsləhətli olan şəhərlər Cebu və Boholdur. Öz təbiəti və gözəlliyi ilə insanı valeh edən digər kiçik adalara səyahət etmək də pis olmaz hər halda.
 

ŞƏRH YAZIN