Üzüyün Tarixcəsi

0
1271
Üzüyün Tarixcəsi

Nişan üzüyü sadəcə bir bəzək əşyası deyil. Nişan – həyatın ən unudulmaz anlarından biridir, bu anı daha da təsirli edən nişan üzükləridir, xüsusən də təkqaş üzüklərdir…

Saray qadınlarının əvəzolunmaz zinət əşyalarından biri də dəyərli qaşlar olub.
 
Zinət əşyası dedikdə, ilk olaraq ağla brilliant gəlir. Rənglilər isə brilliant qaşlarla sintez edilir. Keçmişdə isə hər cür dəyərli qaş zinət əşyalarında istifadə edilirdi, onların uyğunluğundan çox bolluğuna fikir verilirdi. Məsələn: Osmanlı saraylarında zinət əşyaları dəbdə idi. Bu gün də biz keçmişdə zinət əşyalarının hansı mənanı verdiyini və necə istifadə edildiyi haqqında danışacağıq.
 
Statusun simvolu 
Ləl-cəvahirat Osmanlı saraylarında təkcə bəzək əşyası deyil, sosial statusu da göstərən fərqli mənaları olan nəsnələrdir. Topqapı Sarayında ehtişamı ilə göz qamaşdıran zinət əşyaları, onların sahibələri haqqında geniş məlumat verir. Xüsusən də 16-cı əsrdən sonra ləl-cəvahiratlar istər dövlət adamlarının, istərsə də qadın geyimlərinin əvəzolunmaz atributuna çevrilir.
 
Ləl-cəvahirat padşahların qüdrətini göstərərdi.
Padşahların taxdığı ləl-cəvahiratlar onun əhəmiyyətini yansıdacaq şəkildə seçilirdi. Gündəlik istifadədə isə hətta daş-qaşla bəzədilmiş ayaqqabılara da rast gəlmək olardı. Bundan başqa padşahlar arasında broş, nişan, yatuq və zümrüd qaşlı üzük taxmaq ənənəsi də var idi. Taxt və asqılar isə hökmdarlıq əlaməti idi. Asqılarda daha çox zümrüd qaşlara yer verilirdi. Taxtlar qızıl, almaz, yaqut, zümrüdlə işlənərdi.
 
Sultan da təkqaş üzük taxardı.
Saray dedikdə təbii ki, dəbdəbəli toyları söyləmədən keçmək olmaz. İndi qır-qızılı oğlan tərəfi almalıdırsa, əvvəllər qızlar qiymətli qaşları cehiz kimi apararmışlar. Ləl-cəvahiratlar sultan qızlarının cehizində önəmli yer tutardı. 
 
Evlənərkən bir padşah qızına bir almaz klon, almaz bilərzik, bir dəst zümrüd qaşlı sırğa hədiyyə edilər, bir də daş-qaşla bəzədilmiş ayaqqabı geyindirilərdi. Sultan II Mahmudun qızı Mihrimah sultan evlənəndə cehizində bahalı və qiymətli daş-qaşla dolu qutular olubmuş. Sultan Əbdülməcidin qızı Münirə Sultan evlənəndə cehizindəki çox dəyərli təkqaş brilliant üzük və salxım formalı zümrüd qaşlı sırğası diqqət çəkmişdi.
 
Fərqli qaşlar birlikdə.
Saray qadınlarını daş-qaşsız təsəvvür edə bilmərik. Osmanlı qadınları dəyərli qaşları birlikdə istifadə etməyi xoşlayıb: almaz, zümrüd, yaqut, firuzə, mirvari, sapfir və.s...
 
XIX əsrdən başlayaraq qadınlar brillianta maraq göstərirlər. Təkqaş brilliantlar, almaz taclar da o dövrün nadir incilərindəndir.
 
Daş-qaşlar bir çox saray əşyalarını bəzəyib. Quran kitabının saxlanıldığı qutu, yastıq qılıfları, daraq, kisə, pul qabı, cib saatı, sürahi, qaşıq, fincan, lampa, çətir və başqa əşyalar bahalı qaşlarla bəzədilib.
 
Qadınların vaz keçə bilmədiyi aksessuarı və bəxt üzüyü təkqaş üzük necə hazırlanır?
 
Təkqaş üzük qadınların hamısının arzuladığı aksessuardır. Müxtəlif modellər və qaşlardan ibarət təkqaş üzüyün hazırlanmasına bəzən 4 saat, bəzən isə 1 gün və 1 ay vaxt sərf edilir.
 
Usta qızılı 32 qram xam qızılı bir kasanın içində 1000 dərəcədə isidir, əriyən qızılı qəlibə çevirir. Soyuyan qızıl turşuya batırılır, sonra xüsusi mişarla iki yer bölünür.
 
Qızıl sonra odda yumşaldılaraq halqa formasına gətirilir. Halqa halını alan üzüyün hər iki ucu birləşdirilir. Daha sonra qızıl üzük istənilən barmaq ölçüsünə gətirilir. Halqa çəkiclə düzəldilir. Tam hazır olmayan üzük bir neçə kimyəvi maddəyə batırılıb cilalanır. Sonra su ilə təmizlənir və alıcısına təqdim olunur.
 
 
Korrektor:Əhmədova Sevinc
 
 

ŞƏRH YAZIN