Xoşbəxt İnsanların Ölkələri

0
1817
Xoşbəxt İnsanların Ölkələri

İnsanların xoşbəxt yaşadıqları ölkələr varmı? Yoxsa xoşbəxtlik hər insanın öz əlindədir? Siz necə düşünürsünüz?

Fransanın gündəlik "Le Point" qəzeti insanların xoşbəxt yaşadıqları 9 ölkənin siyahısını dərc edib. 

Öz təbii mənzərəsi ilə insanlarda xoş əhval yaradan və bir növ cənnəti-məkan hesab edilən Yeni Zellandiya siyahıda birinci yerdə gəlir. Müalicəvi əhəmiyyətli təbii suları ilə zəngin olan və insanları özünə daha çox cəlb edən sakit və təhlükəsiz İslandiya ikinci yerdədir.

Kriminal hadisələrdən uzaq və heç bir qorxunun olmadığı Yaponiya isə üçüncü yeri tutur.

Ətraf mühitin təmizliyi ilə seçilən və göllər məkanı olan İsveçrə dördüncü, iqtisadiyyatı stabil Avstraliya beşinci, reqbinin vətəni – mənzərəli İrlandiya altıncı, sakit diyar Lüksemburq yeddinci, qış aylarında gecənin tez düşdüyü qarlı İsveç səkkizinci, səs-küydən uzaq olmağı arzu edən insanların üz tutduğu Argentina (Uşuaia şəhəri) doqquzuncu yeri tutur.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN