Yuxudan çox asanlıqla oyana bilmək üçün ...

0
3937
Yuxudan çox asanlıqla oyana bilmək üçün ...

 Yuxudan oyanmaq sizə görə zülmdürsə, biz sizə yardımçı ola bilərik. Sizə təqdim edəcəyimiz bir neçə addımla, artıq yuxudan çox asanlıqla oyana biləcəksiniz. 


Əvvəla onu deyək ki, çox yatmağın bir sıra səbəbləri var. Həmin səbəbləri aradan qaldıraraq daha erkən ayılmaq üçün bu məsləhətlərə əməl etməyiniz yetər.

Səhhətinizdə problemlərin olması yataqdan qalxa bilməməyiniz üçün ilkin səbəblərdən biri hesab edilir. Buna görə faydalı və keyfiyyətli qidalar qəbul edərək səhhətinizə diqqət edin. 

Zəngli saatı söndürməyinizi xatırlamırsınızsa, bu zaman onu yatağınızın yanına deyil, bir az uzağa qoyun. Saatı söndürmək üçün yataqdan qalxmağınız yuxudan ayılmağınıza kömək edəcək. Əgər qaranlıqda yatmağı sevirsinizsə, işıqlı zəngli saata üstünlük verin. Daha erkən ayılmağınız üçün bu da ən yaxşı vasitələrdən biri hesab edilir.

Gecə yatmazdan öncə alkoqollu və kofeinli içkilər qəbul edənlərdə yuxu ilə bağlı bir sıra problemlər yaranır. Bu cür içkilərin yuxuya getməyinizə maneə olacağını unutmayın.

Yataqdan qalxarkən uzun müddət yuxulu olursunuz? Buna görə yatağınızın kənarına portağal, üzüm və ya nanə ətirli yağlar qoyun. Bu ətirləri qoxulamaqla yuxudan daha tez ayılacaqsınız.

ŞƏRH YAZIN