Onlayn Satışda Necə Uğurlu Olmaq Olar?

0
2928
Onlayn Satışda Necə Uğurlu Olmaq Olar?

Onlayn satış bu gün bir çoxumuzun tez-tez müraciət etdiyimiz sahələrdən biri olub.Ənənəvi satışdan daha ucuz,tez və effektli görünür.Onlayn satışda uğur qazanmaq yaşa baxmır.Lakin ən uğurlu satıcılar belə onlayn satışı keçici mükafat hesab edirlər.Bəs onlayn satışda uğur qazanmaq üçün nə etmək lazımdır?

Uğur qazanmaq üçün həlledici bacarıqlar:

1.Dinləmək bacarığı həmişə vacib olmuşdur,lakin onlayn satışda müştəri sənin qarşında olmadığından sən onun bədən dilini  oxuya bilmirsən və dinləmək bacarığı daha da əhəmiyyətli olur.Səsdəki dəyişikliyi,söz vurğularını və səsin ucalığını hiss etmək müştərinin marağını və münasibətini başa düşmək üçün açar ola bilər.Satıcılar həm də bilməlidirlər ki, mane olmaq,sözü kəsmək olmaz.İnternetən edilən söhbətdə söz kəsmək daha kobud görsənir və müştərinin fikirlərini ifadə etməyə imkan vermir.
2.Aydın və qısa ismarıc vacibdir.Satıcı komandana qısa ifadə etməyi öyrət.
3.Söhbətə başlamaq üçün maraq yaratmaq əsasdır!Heç vaxt məhsul və xidmətin təqdimatını birinci bölmədə etmə.
4.Şirkətin mövqeyini bildirmək 90 saniyədən çox vaxtı aparmamalıdır.Sənin satıcıların şirkət mövqeyi haqqında məlumatı cəld verməlidirlər.
5.Danışıq bacarığı  üz-üzə olmayan əlaqələrdə həlledicidir.Satıcı komandana danışıq seminarları ver.Onlara frazaları,fasilələri,onlardan yerli yerində istifadə etməyi öyrət.Danışıq bacarığı internet vasitəsilə olan satışlarda daha vacib olur.
6.İnam yaratmaq satışın əsasını təşkil edir,lakin satış internet vasitəsilə olanda inam bir az çətin olur.Bəs internetdən insanları necə inandırmaq olar? Siz mənalı,müştəriyə yönəlmiş suallardan istifadə etməklə müştəridə inam aşılaya bilərsiniz.Siz müştərini inandırmalısınız ki,müştərinin məhsula olan ehtiyacı sizin məhsulu satmaq istəməyinizdən daha vacibdir.

Virtual satış köhnə satış bacarıqlarının güclənməsini və yeni bacarıqlara yiyələnməni tələb edir. Onlayn satış üz-üzə satışdan daha ucuz olsa da onun effektivliyi sənin və sənin satıcı komandanın yeni mühit üçün hazırlığından asılıdır.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN