Arzularının Ardınca Get

0
3666
Arzularının Ardınca Get

Mənim San İsidorda atçılıq təsərrüfatı ilə məşğul olan  Monti Roberts adında bir dostum vardı.O,mənə riskli vəziyyətlərdə gənclərin bacarıqlarını üzə çıxarmaq üçün üçün bir fond kimi evindən istifadə  etməyimə razılıq vermişdi .

Axırıncı dəfə mən orda olanda , o mənə özünü bunları deməklə təqdim etdi : " Mən sənə demək istəyirəm ki , nə üçün mən Cekə atımdan istifadə etməyinə icazə vermişəm . Bu tamami ilə keçmiş bir hekayəyə bağlanır . O , tövlədən tövləyə , at cıdırından at cıdırına , fermadan fermaya , atçılıq yerindən bir atçılıq yerinə gedib atlarla məşğul olan səyyar bir at məşqçisinin oğlu idi . Nədənsə , onun yuxarı siniflərdə davamlı olaraq sözlərinə əhəmiyyət verilmirdi . Dərs ili qurtaranda  ondan bir kağıza böyüyəndə kim olmağı haqqında yazmağı xahiş edildi. 
 
O , bir gün atçılıq təsərrüfatının sahibi olacağı haqqında öz arzularını təsvir edərək düz yeddi səhvə yazmışdı . O , arzularını böyük detallarına qədər təsvir etmişdi , hətta onun bütün evlərin , tövlələrin , cıdır meydanlarını da göstərməklə diaqramını da vermişdi . Sonra o , 4000 addım uzunluğunda evin planını vermişdi ,  o da bu geniş əraziyə daxil olacaqdı .
O , bu layihəyə ürəyinin yarısını qoymuşdu və onu növbəti günü müəllimə verdi . İki gün sonra o , yazısını  geri aldı . Kağızın önündə böyük F yazılmışdı və bu qeyd : " Dərsdən sonra məni gör ".
 
Oğlan dərsdən sonra o böyük arzuyla müəllimin yanına getdi və soruşdu : " Nə üçün mən F almışam ? "
Müəllim dedi : " Bu sənin kimi gənc bir oğlan üçün qeyri - real arzudur . Sənin pulun yoxdu . Sən sadəcə səyyar bir at məşqçisinin oğlusan . Sənin heç yerin də yoxdu . Atçılıq təsərrüfatına sahib olmaq çox pul tələb edir . Sən torpaq almalısan . Sən atçılıq fermasına pul ödəməlisən . Sən atçılıq zavoduna pul ödəməlisən . Bunu eləmək üçün sənin heç bir yolun yoxdu " . Sonra müəllim əlavə etdi : " Əgər sən yenidən bir də bunu yazsan mən qiymətini yenə də eyni yazacam".
Oğlan evə gəldi və uzun uzadı düşünməyə başladı . Axırda atasından nə etməli olduğunu soruşdu . Atası bele bir cavab verdi : " Bax , oğlum , buna sən özün qərar verməlisən .Halbuki , bilirəm bu sənin üçün çox vacib qərardır " . 
Nəhayət , bir həftə sonra oğlan yazmağa qərar verdi .  Vərəqi çevirib heç bir dəyişiklik etmədən yenidən yazdı . 
Sonda da belə ərz etdi :" Siz F qiymətinin üstündə qala bilərsiz , ancaq mən öz arzularımın üstündə qalacam ". 
Monti üzünü qrupa çevirdi və dedi : " Mən bunu sizə ona görə danışıram ki , siz indi mənim o dediyim ərazidə , 4000 addımlıq ölçülü evimdə oturursuz ".  Sonra əlavə etdi :"Mən hələdə  o kağızı çərçivəyə salıb divardan asılı saxlayıram  . Bu hekayənin ən yaxşı tərəfi də odur ki , iki yay əvvəl həmin məktəb müəllimi otuz uşaqla mənim bu yerimə  bir həftəlik gəzməyə gəlmişdilər " . Müəllim gedəndə belə dedi : " Bax , Monti , mən sənə bunu indi deyirəm. Mən sənin müəllimin olanda,  ancaq kiminsə arzusunu puç edirdim . Bütün bu illər ərzində mən nə  qədər uşağın arzularını oğurladım . Xoşbəxtlikdən , sənin kifayət qədər əzmin oldu , sən heç vaxt arzularından əl çəkmədin . 
 
Nəticə : İmkan verməyin ki, kimsə sizin arzularınızı oğurlasın . Nə baş verir versin , siz urəyinizin səsini dinləyin . Arzular böyük ya balaca olmur , əgər siz onu gerçəkləşdirməyə cəhd edirsizsə . Ona görə də həmişə nə olmasından asılı olmayaraq arzularınızı həyata keçirin.
 
 
Tərcümə etdi : Ülviyyə Salahova 

ŞƏRH YAZIN