Daxilimizdəki Şagird İlə Necə Əlaqə Qura Bilərik?

0
1907
Daxilimizdəki Şagird İlə Necə Əlaqə Qura Bilərik?

 Siz möhtəşəm bir şagirdsiniz!

Necə də möhtəşəm bir şagird olduğunuzu xatırlayaq. Zehninizdə şagird olduğunuza bağlı görüntü yaratmaqda çətinlik çəkirsinizsə, sıradakı tapşırıq sizə kömək olacaq.
 
Bu tapşırığa əlavə edəcəyiniz nə isə, varsa, əlavə edin. Sahib olduğunuz ruhi, zehni və digər unikal bacarıqları əlavə edin. Bir müddət boyunca bunu hər gün etmək istəyə bilərsiniz. Tapşırıqla hazırladığınız görüntü bütün hərəkətlərinizi dəstəkləyən, təsirini davamlı qoruyan və dərhal əlinizin altında olan bir inanc sisteminə çevrilə bilər.

1. Zamanda geriyə gedin. Kiçik bir uşaq ikən necə təəccüblü öyrənmə uğurlarına çatdığınızı xatırlayın. İndi özünüzü xəyali bir zaman maşınının içinə qoysanız, uşaqlığınızın ilk zamanlarına dönə bilərsiniz. Bir anlıq o zaman maşınının içində olduğunuzu xəyal edin. Uşaqlığınızdakı o sürətli, xoşbəxt öyrənmə zamanlarına döndüyünüzü düşünün. Necə bir şey olduğu ilə bağlı bir təəssürat əldə edin. İnsanların çox böyük olduğunu fərq edin; onlara aşağıdan yuxarıya baxırsınız. Ətrafınızda olub bitən bir çox şey var.

2. Öyrənmə bacarıqlarınızın fərqinə varın. Fəal olaraq, həvəslə öyrənirsiniz. Bir çox şey öyrənirsiniz, xüsusilə də dili. Hər gün 15-30 dənə yeni söz öyrənirsiniz. Düşünməyinizə gərək belə qalmadan yüzlərlə qrammatika qaydası öyrənirsiniz. Və bu öyrənmə bacarığı sizinlə qalır və böyüyür.

3. Sizə verilən hədiyyələri qeyd edin. 15 milyard beyin hüceyrələri var. Qulağınız hər saniyə 20-2000 dövr arasındakı 1600 fərqli tezliyi eşidə bilər. Gözləriniz tək bir şüa kvantını görə bilər. Hər bir optik sinirinizdəki 800 000 lif beyninizə 132 milyon kanal vasitəsilə dünyanın ən böyük optik kompüter sistemindən daha çox məlumat ötürür. Ciyərlərinizdəki 300 milyon kiçik hava kisəciyi bədəninizdəki 100 trilyon hüceyrəyə oksigen verir. Sahib olduğunuz 206 sümük və 656 əzələ, funksional baxımdan, digər bütün canlılardan daha böyük və müxtəlif bir bacarıqlar sistemi təşkil edir. Bu inanılmaz funksiyalar və öyrənmə bacarığı çox formalarda istifadə edilə bilər. Hamısını tək-tək saya bilməyəcəyimiz qədər çox bacarığınız var.

4. Yalnız bir görüntü yaradın. İndi öyrənmə bacarıqlarını gözünüzün önünə gətirin.Bu növ qabiliyyətlərinizi, vəhdət şəklində olan parlaq bir sinir sistemi görüntüsü, kainatda rəqib tanımayan bir funksional bacarıqlar sistemi olaraq görə bilərsiniz. Nə zaman bir missiyanı həyata keçirmə bacarığınıza şübhəniz olarsa, bu görüntü sizə verilən hədiyyələrin həqiqi bir şərhi olaraq ağlınıza gətirər, şübhəni özünə güvənə çevirə bilər.

 

ŞƏRH YAZIN