Göz Siqnalları Nə Deyir?

0
5695
Göz Siqnalları Nə Deyir?

 İndi dərhal evinizdəki hər hansı birinə yaxınlaşıb bu sualı verin. Məsələn, ananıza yaxınlaşıb "Ana, əvvəl oturduğumuz evin neçə pəncərəsi vardı" deyə sual verin. Bu prosesdə gözlərə baxmaq önəmlidir.

Ananızın gözlərinə baxsanız, dərhal soldan yuxarıya getdiyini görə bilərsiniz. İnsanların 70% -i keçmiş şəkilləri xatırlamaq üçün soldan yuxarıya baxır, 30%-i isə sağdan yuxarıya. (daha çox solaxay olanlar sağdan yuxarıya baxır)

İnsanlar müəyyən şeyləri xatırlamaq üçün gözləriylə müəyyən yerlərə baxarlar. Məsələn, yuxarıya baxaraq ağlaya bilməzsiniz. Ağlayan, depressiya içində olan insanlar həmişə aşağıya doğru baxarlar, çünki həssas duyğuları hiss edə bilmək üçün aşağıya baxmalıyıq. 

Məsələn, bir uşaq ağladığı zaman yuxarı baxmasını təmin etsəniz ağlaması kəsiləcək. Qadınlar da çox zaman makiyajları axmasın deyə həssas anlarında yuxarıya baxaraq ağlamalarını nəzarət altına ala bilərlər ya da etməyə çalışırlar. 

Yəni qısacası, göz siqnalları insanların vizual, audial və kinestetik (toxunma) hisslərini təsbit etmək üçün istifadə olunan bir sistemdir. NLP-de bu üsuldan insanlar problemlərini izah edərkən, vizual, audial, yoxsa kinestetik (toxunma) hisslərinə fokuslandığını təsbit etmək üçün istifadə edərlər.

Soldan Yuxarı: Keçmiş ilə əlaqədar nə isə düşünür. Məsələn, bir şəxsə orta məktəbinin divarının boyası nə rəng idi? deyə sual versəniz, o keçmişdəki vizual bir anını xatırlamağa çalışacağı üçün soldan yuxarı baxacaq.

Soldan Yana: Keçmiş ilə əlaqədar audial bir anı düşünür. Nümunə olaraq, dinləməkdən ən çox zövq aldığın mahnı hansıdır? deyə soruşsanız, o sol yana baxacaq. 

Soldan Aşağı: Keçmiş ilə əlaqədar kinestetik (toxunma) bir anı düşünür. "İsti bir duşa girdiyin zamanı düşün və istiliyi hiss et" ifadəsini de, bu söz onun soldan aşağıya baxmasını təmin edəcək.

Sağdan Yuxarı: Vizual olaraq meydana gətirdiyimiz şəkilləri düşünərkən bura baxarıq. Məs: "Necə bir evin olmasını istəyərdin, dizaynı və bağçası necə olardı?"

Sağdan Yana: Eşitmə üçün hazırlanan səslər. Məs: "Suyun altında səsin necə eşidilir?"

Sağdan Aşağı: Hazırlanan kinestetik (toxunma) hisslər, daxili dialoqlar. Nümunə olaraq, 'Havay adalarına tətilə getdiyini düşün və isti qumların üstünə yatdığını xəyal et, isti qumu hiss edə bilirsənmi?" sualı ilə bu mümkün olacaq.

Not: Hazırlanan düşüncələrdə insan əgər elə bir şeyi xəyal edə bilmirsə, keçmişdəki bir anını düşünür və sola baxar. Məsələn, Havay adalarında qumun üstündə yatdığını düşün dediyiniz zaman, əgər adam Havay adaları və Havay qumsalı ilə əlaqədar bir şey görməyibsə, keçmişdə getdiyi bir qumsalı xatırlayıb, oranı Havay adaları kimi xəyal edəcək və beləcə sola baxacaq. Bu mövzuya diqqət edilməlidir.

ŞƏRH YAZIN