İnanclarınızı Yaradın ...

0
1122
İnanclarınızı Yaradın ...

 Bütün qərarlarınıza nəzarət edən bir güc var. Bu yaşadığınız müddətcə hər an necə düşündüyünüzə və necə hiss etdiyinizə təsir edər. Nələr edəcəyinizi, etməyəcəyinizi və həyatınızda olan hər hansı bir şey haqqında necə hiss edəcəyinizi müəyyən edir. Bu güc inanclarınızdır.


Bir şeyə inandığınız zaman, beyninizə müəyyən bir şəkildə cavab verməsi üçün mühakimə edilməyən bir əmr verirsiniz deməkdir. Məsələn sizdən, "Mətbəxdən duzu gətirə bilərsən?"  deyə xahiş etsələr, duzun harada olduğunu bilmədiyinizi düşünərək mətbəxə gedərsiniz, bütün şkafları axtarar və "Duzu tapa bilmədim" deyə cavab verərsiniz. Böyük bir ehtimalla, sizdən duzu istəyən adam mətbəxə girər və tam burnunuzun dibindən duzu alaraq "Bu nədir?" deyər. O, duzdur? Bayaqdan orada idi? Əlbəttə. Bəs onu necə görmədiniz? Çünki duzun orada olduğuna inanmadınız.

Bir inanc ona sahib olduğunuz zaman, nələr görəcəyinizə və hiss edəcəyinizə nəzarət etməyə başlayar. İnanclar ürək atışlarınıza belə, təsir edər. İman dərəcəsində caduya inanan insan, biri ona cadu etsə ölər. Bunun səbəbi cadu deyil. Səbəb ürəklərinə mühakimə edilməyəcək şəkildə dayanma əmrini vermələridir.

İnanc nədir? Tez-tez, həqiqətən nə olduqlarına aid fikrimiz olmamasına baxmayaraq, bəzi şeylər haqqında danışarıq. 

Ağıllı olduğunuza inandığınızı söyləsəniz, həqiqətdə "Ağıllı olduğuma dair, qəti hissim var" demək istəyirsiniz. Bu qətilik hissi istədiyiniz nəticələri çıxarmaqda, resurslara ağıllıca çatmaq üçün hərəkətə keçməyinizdə köməkçi olacaq. Gerçəkdə hər şeyin cavabına sahibik ya da ən azından digərləri vasitəsilə istədiyimiz cavablara çatarıq. 

İnancı anlamağın sadə bir yolu onun təməl istehsal blokları, yəni fikir və ya ideya üzərində düşünməkdir. Düşündüyünüz bir çox fikir vardır, lakin onlara həqiqətən inanmazsınız. Məsələn, sevilmək fikrinə baxaq. Bir az durun və öz-özünüzə, "Sevilirəm" deyin.

İndi, "Sevilirəm"in bir fikir yoxsa bir inanc olduğu, bu sözü söylədiyiniz zaman sahib olduğunuz əminlik hissinin böyüklüyü ilə aydın olacaq. "Hmm, həqiqətən sevmirəm" deyə düşünürsünüzsə, əslində, "Sevmə hissimdən çox da əmin deyiləm" demək istəyirsiniz.

Bir fikir inanca necə çevrilə bilər? Sizə bu prosesi qısaca izah etmək üçün bir bənzətmə təqdim edirəm. Bir fikri bir ya da iki ayağı olan bir masa kimi düşünsəniz, bir fikrin nə üçün bir inanc qədər qəti bir hiss vermədiyini ən yaxşı şəkildə görəcəksiniz. Ayaqları olmadan masa özbaşına ayaqda dura bilməz. Başqa sözlə desək, bir inanc - yetəri qədər ayaqları olan bir masadır. "Sevirəm"ə həqiqətən inanırsınızsa, sevdiyinizi necə biləcəksiniz? Bu fikri dəstəkləyən bəzi əsaslara sahib olduğunuz həqiqət deyilmi? Başqa bir izahla, onu dəstəkləyəcək bəzi təcrübələrə sahib deyilsinizmi? Bunlar masanı sağlamlaşdıracaq inancınızı qətiləşdirən ayaqlardır.

Sevdiyinizlə bağlı əminlik hissi qazandıran bəzi əsaslar və ya təcrübələriniz hansılardır? Bəlkə biri sizə çox sevimli bir insan olduğunuzu söyləmişdir. Bəlkə də hər gün etdiyiniz şeylər kiminsə daha rahat, daha xoşbəxt və daha ümidli hiss etməklərinə səbəb olmuşdur. Bəlkə digərləri haqqında yaxşı şeylər hiss edirsiniz və sizin üçün sevgi hiss etmək sadəcə digərləri üçün sevgi hissləri ilə dolu olmaq deməkdir. Amma nə bilirsiniz? "Sevirəm" fikrini dəstəkləməkdə təcrübələrinizdən istifadə etmədikcə, onların heç bir mənası olmaz. Belə etdikcə, ayaqlar sizin o fikir haqqında daha əmin hiss etməyinizi təmin edər və ona inanmağa başlayarsınız. Qətiləşən fikriniz indi bir inanc yaratmışdır. 

"Sevilirəm" (inanc/masa) çünki, insanlara kömək edirəm. (1-ci ayaq) İnsanları sevirəm. (2-ci ayaq) İtim məni sevir. (3-cü ayaq) Dostlarım elə deyir. (4-cü ayaq)

Sevdiyinizdən əmin olmağınızı təmin edən əsaslarınızın bəzilərini sayın.

İnanclarınızın masaya bənzədiyini bir dəfə başa düşsəniz, onların necə yarandıqlarını görməyə başlaya bilərsiniz və onları necə dəyişdirə biləcəyinizə aid ipucları əldə edərsiniz. Bununla yanaşı, öncəliklə hər hansı bir şeylə bağlı bir inanc formalaşdırmağınızın fərqində olmağınız önəmlidir.

Yetəri qədər təcrübəyə sahibsinizsə ya da həqiqətən istəsəniz, çətin şərtlərdə yaşananlar haqqında məlumat sahibi olarsınız və insanlara fürsət və ya şans verildiklərində, sizi istismar edə biləcəklərinə dair bir inanc yarada bilərsiniz. Buna inanmaq istəməyə bilərsiniz və əminəm bu cür bir inanca heç bir yerdə sahib olmayacağınızı bilirsiniz. Lakin bu fikri dəstəkləyə biləcək və istəsəniz sizdə əminlik hissi yaradacaq təcrübələrə sahib olmadınızmı?

Bununla yanaşı eyni zamanda, insanların təməl olaraq yaxşı olduqları, onlarla həqiqətən maraqlanar və yaxşı davranarsanız, onların da sizə yardımçı olacağı fikrini dəstəkləyən təcrübələrinizin də olduğu bir həqiqət deyilmi?

Bax, bu önəmli sualdır: Bunlardan hansı həqiqətdir? Hansı inancı dəstəkləməyə qərar verəcəyiniz sizin seçiminizdir. Elədirsə, buradakı açar hansı inancların sizi gücləndirəcəyinə, hansılarının sizi zəiflədəcəyinə qərar verməkdir.

İnanclar çox böyük güc resurslarıdır, haqqınızda nələrə inanacağınızı seçə bilərsiniz və bunlar sizin hərəkətlərinizi müəyyən edəcəkdir. Önəmli olan sizi dəstəkləyəcək, ümid və enerji verəcək inancları seçməkdir.

İndi sizə lazım olan üç inanc nələrdir? Bir iş görüşməsini inamla yürüdəcək bir inancamı ehtiyacınız var? Pis bir münasibətdən xilas olmaq üçün bir gücəmi? Önəmli bir münasibətə başlamaq üçün diqqətəmi ehtiyacınız var? 

Dərhal tətbiq etmək məcburiyyətində olduğunuz ən az bir inanc düşünün.

Bəzi insanlar mənə, "Bir zamanlar sənə inanmışdım, lakin işə yaramadı." deyərlər, bu qədər əminliklə bir işə yaramadığımı necə bilirlər? Bəlkə də onlara daha çox zaman verilməli idi. 

Onlar min illik hind hekayəsindən nələrsə öyrənə bilərlər:

Yalnız bir ata sahib olan bir kəndli bir gün onu itirir. 

Qonşusu ona "Qorxunc bir şeydir" deyər.

Kəndli "Bəlkə də" deyər.

Kəndli ertəsi meşədən iki atla qayıdar. 

Qonşusu "Bu mükəmməldir" deyər. 

Kəndli "Bəlkə də" deyər.

Bu günlərdə atları tərbiyə edən oğlunun ayağı qırılar,

Qonşusu "Fəlakətdir" deyə.

Kəndli "Bəlkə də" deyər. 

Ertəsi gün müharibə üçün bütün oğlanlarorduya çağrılar, lakin ayağı qırılan oğlan evdə qalar.

Qonşusu indi də "Çox şanslısan" deyər. 

Bu cavab haqqında siz nə düşünürsünüz? Doğrudurmu? Bəlkə də.

Həyatın özü kimi, bu hekayə də beləcə davam edər. Bir şeyə inansanız və hələ işə yaramayıbsa, bəlkə də çox erkən fikir bildirdiniz. Bir probleminiz olduğunu düşündüyünüz zaman bəlkə də bir probleminiz yoxdur. Bəlkə də, o sadəcə keçici bir vəziyyətdir. Bu cür fikirlərə ağıllıca sahib olma bacarığınızın böyük nisbətdə təsəvvür etdiyiniz imkanlarla bağlı olduğunu unutmayın.

ŞƏRH YAZIN