Nlp İlə Sevgi Və Münasibətlər

0
4509
Nlp İlə Sevgi Və Münasibətlər

 Bir çox insan səhv birinə bağlanmaqdan və özünü ona fəda etməkdən qorxar. Bu qorxu səbəbilə, insan bağlanmaqdan, kiminləsə maraqlanmaqdan uzaq durmağa çalışar və istəksiz davranar. Bu da o insanın həyatında eşq və ya sevgi yaşama şansını çox azaldar. Halbuki eşq/sevgi sizin həyatda fövqəladə şeylər edə bilməyinizi təmin edər.

NLP-də bəhs edilən Təmsil sistemləri əlaqələrinizi anlama mövzusunda da əhəmiyyətlidir. Məsələn, bir insanın bizə əhəmiyyət verdiyini necə anlayarıq? Əksəriyyət insan üçün bu vizualdır. Onlar "şəfqət nümayişləri" və "mehriban baxışlar" görmək istəyirlər. Bəziləri isə, yoldaşlarından onlara nə qədər əhəmiyyət verdiyini "eşitməyi" gözləyərlər. Mehriban bir səs tonu onlar üçün vacibdir. İstifadə edilən sözlərə qarşı çox həssasdırlar. Radio ya da telefonda səsini eşitdikləri birini sevə bilərlər. Kinestetik (toxunma) olanlar isə, şəfqət istəyərlər. Bu həyata keçirilmədiyi zaman artıq önəmli olmadıqlarınıi düşünür, özlərini "rədd edilən kimi" hiss edərlər. Sevdikləri insanlara toxunmaq, onları qucaqlamaq və öpmək istəyərlər. Bu səbəbdən cütlüklər bir-birləri üçün "nəyin əhəmiyyətli olduğunu" bilməlidir. Əks halda, tərəflərdən biri digəri "onun qavrayacağı tərzdə" diqqət göstərmədi deyə, sevilmədiyi hissinə qapıla, eyni zamanda "bir başqası var?" deyə düşünə bilər.

Dostlarımızı seçərkən də "oxşarlıqlarımızı" əsas götürdüyümüzə görə, adətən eyni təmsil sistemini seçim edənlərlə bir yerdə olarıq.

Cozef O'Connorun insanları nələrin narahat etdiyinə dair təsbitləri:

1. Vizual insanlar dağınıq və nizamsız mühitləri sevməzlər.

2. Audial insanlar səs-küydən tez təsirlənərlər. Çalışarkən səssiz yerləri ya da onlara uyğun tərzdə musiqinin çalındığı mühitləri seçərlər.

3. Kinestetik insanlar isə, rahatlarına düşkündür. Harada və necə oturduqları mövzusunda çox həssasdırlar. Rahat olduqları müddətcə, başqalarını dəli edən dağınıq və gurultulu yerlərdə çalışa bilərlər.

NLP işlərində "Təmsil Sistemlərini" öyrəndiyiniz zaman insanların nə qədər fərqli olduğunu daha yaxşı başa düşərsiniz. Bu sizə anlayış və hörmət qazandırır.

Robin Prior və Cozef O'Connor "NLP və qarşı cinslə Əlaqələr" adlı kitablarında NLP Layihəsini həyatımıza keçirərək:

· Özümüzə ən uyğun insanı həyat yoldaş olaraq seçə biləcəyimizi,
· Daxilimizdəki duyğuları və istəkləri sərbəst buraxa biləcəyimizi,
· Münasibətlərimiz əsnasında '"özümüz" ola biləcəyimizi,
· Bir başqasının istədiyi kimi olmaq üçün özümüzü məcbur etməyəcəyimizi,
· Həyatda və əlaqələrimizdə mübarizəni deyil, sevinc və xoşbəxtliyi əsas götürə biləcəyimizi söyləyirlər.
 
Əgər daxilinizdə bir yerdə xırda da olsa bir eşq qığılcımlanıbsa, ona diqqət edin. O eşqi canlı tutmaq üçün səy göstərin. Etməyiniz lazım olan hər şeyi edin.

ŞƏRH YAZIN