Nlp- Neyro Linqvistik Proqramlaşdırma

0
4337
Nlp- Neyro Linqvistik Proqramlaşdırma

Neyrolinqvistik proqramlaşdırma və ya qısaca NLP düşünmə,dil və davranış vaxtını araşdıraraq,məqsədə çatmaqda onların necə istifadə olunacağını öyrədir.NLP həyatı doğru şəkildə qavramanın və istədiyimiz dünyanı yaratmanın yoludur.NLP daha yaxşı düşünərək uğur əldə etməyə imkan yaradır.Onun bir xüsusiyyəti də şəraitə görə uyğunlaşa bilməsidir.NLP-nin təsiri getdikcə genişlənir.Çünki istifadə olunduğu sahələr günü-gündən artmağa başlayır.NLP-nin adına qısaca izah verək:
NEYRO-hiss üzvlərimizdən gələn informasiyadan istifadə edərək,xarici dünya haqqındakı təcrübələrimizi şüurlu və şüuraltı düşüncələrə dəyişdirən nevroloji müddətlə əlaqədardır. Bədənimizin və zehnimizin bir bütün olaraq işləməsini araşdırır.NLP-nin ən çox üstündə durduğu mövzulardan biri də,nevroloji müddətin fəalliyyətini artırmaq və onu idarə edə bilmək bacarığını qazanmaqdır.
LİNQVİSTİK-dilin, təcrübələrimizə məna qazandırmaq və bu təcrübələrimizi özümüzə ya da başqalarına çatdırmaq üçün ən yaxşı variantda istifadəsi ilə əlaqədardır. Dildən istifadə üsulumuz şəxsiyyətimizin və fikrimizin xaricə yansımasıdır.
PROQRAMLAŞDIRMA -təcrübələrimizdən istifadə edərək,məqsədə çatmaqda onları yenidən tənzimləməkdir.Əldə etdiyimiz nəticələr və onların başqalarına və bizə göstərdiyi təsirlər şəxsi proqramlaşdırmamızın məhsuludur. Hər davranış bizim düşüncə və mövqeyimizin təsiri nəticəsində formalaşır.

 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN