Sizi Gücləndirən Suallar ...

0
7924
Sizi Gücləndirən Suallar ...

 Sualların gücündən istifadə edərək diqqətinizi ən yaxşı şəkildə, idarə edə bilərsiniz. Doğru sualı soruşaraq, həyatınızı həqiqətən qoruya biləcəyinizi bilirsinizmi?


Bu Stainley Lechin həyatını qurtardı. Bir gecə faşistlər fırtına kimi evinə hücum etdilər və ailəsiylə birlikdə onu da bir qoyun sürüsü kimi, Karakovdakı ölüm düşərgəsinə apardılar. Ailəsi gözünün qarşısında öldürüldü.

Zəif, ağrılı və ac vəziyyətdə digər məhbuslarla birlikdə düşərgədə, gün doğandan günbatana qədər çalışırdı. Bu vəhşilikdə necə sağ qalmaq olardı? Bir şəkildə həyatını davam etdirməyə çalışırdı. Kabus kimi yaşadığını, bu həyatı yaşamağa iradəsi qalmadığını düşünərək, bir gün daha burada qalmaq istəmədi. Qərarını vermişdi, qaçmaq məcburiyyətində idi. Ən önəmlisi isə, ondan əvvəl heç kimin qaçmağı bacarmamasına baxmayaraq, qaçmağın bir yolunu tapa biləcəyinə inanırdı.

"Bu qorxunc yerdən necə qaça bilərəm?" deyə elə hey düşünürdü. Nəhayət, diqqətini həyatda qalmağa yox, oradan qaçmağa köklədi. Ətrafındakılar ona "Axmaq olma! Qaçmaq mümkün deyil. Belə suallarla ancaq ruhuna işgəncə edərsən." cavabını verirdi. O, bu cavabı qəbul etmədi. Davamlı olaraq özünə "Necə edə bilərəm? Bunun bir yolu olmalıdır. Buradan necə qaça bilərəm?" sualını soruşmağa davam etdi.

Bir gün cavab gəldi. Lech çalışdığı yerin bir neçə addım kənarında xarab olmuş ət qoxuları gəldiyini hiss etmişdi. Bu düşərgədə öldürüldükdən sonra bir yük maşınının arxasına doldurulmuş olan qadın, kişi və uşaqların çılpaq cəsədlərinin qoxusu idi. "Allah bu qədər qəddarca bir şeyin edilməsinə necə icazə verir?" sualını soruşmaq yerinə, özünə "Qaçmaq üçün bunu necə istifadə edə bilərəm?" sualını verdi.

Günəş batarkən və işçilər komalarına dönərkən, kimsənin görmədiyi bir anda lüm-lüt soyundu və o şəkildə, cəsəd yığınlarının arasına getdi.

Ətrafındakı cəsədlərin ağır qoxusuna və üzərindəki bütün cəsədlərin ağırlığına baxmayaraq, özünü ölü kimi göstərərək, gözləməyə başladı. Sonunda yük maşınının hərəkətə keçdiyini eşitdi. Qısa bir səfərdən sonra, cəsədlər açıq bir qəbiristanlığa yığın halında boşaldıldı. Yaxınlarda kimsənin olmadığına əmin olana qədər gözlədi və sonra azadlıq üçün çılpaq şəkildə tam 40 kilometr qaçdı.

Ölüm düşərgələrində ölən milyonlarla insanla və Stanislavsky Lechin taleyi arasındakı fərqin əsas səbəbi nə idi? Aydındır ki, bir çox faktor vardır; lakin fərqin biri və ən əhəmiyyətlisi, fərqli sual soruşması olmuşdur. O, ümidlə təkrar təkrar bir cavab alacağından əmin olaraq davamlı soruşmuşdur.
 
Gün ərzində özümüzə bir çox suallar soruşuruq. Suallarımız diqqətimizi, necə düşündüyümüzü və necə hiss edəcəyimizi idarə edərlər.
 
Həyatımızı dəyişdirən əsas faktorlardan biri də doğru suallar soruşmaqdır. "Həyat nə üçün bu qədər ədalətsizdir? Nə üçün planlarım işə yaramır?" kimi suallar soruşmağı buraxın. Bunun yerinə, sizə faydalı cavablar verəcək suallar soruşmağa başlayın.

Əvvəlcə problemləri həll etmək üçün aşağıdakı suallardan yararlanın. Problem çıxdıqca, bu suallar sizi araşdırmağa və həll yolu tapmağa hazırlayır.

Problemin həlli üçün suallar

1. Bu problemin gözəl tərəfi nədir?
2. Hələ də mükəmməl olmayan şey nədir?
3. İstədiyim şəkildə olması üçün daha nələr etmək istəyirəm?
4. İstədiyim şəkildə olması üçün artıq nə etmək istəmirəm?
5. İstədiyim şəkildə olması üçün etdiklərimdən necə zövq ala bilərəm?

Eyni zamanda səhər qalxdığınız zaman və gecə yatarkən özünüzə fərqli bir sıra suallar soruşun. Bunlar gün ərzində özünüzü yaxşı hiss etməyinizi və gün sonunda da yaxşı əhvalda olmağınızı təmin edər.

Sizi gücləndirən Səhər Sualları

1. Bu an həyatımda məni xoşbəxt edən nədir?
2. Bu an həyatımda məni həyəcanlandıran nədir? Necə hiss edirəm?
3. Bu an həyatımda məni qürurlandıran şey nədir? Necə hiss edirəm?
4. Bu an minnətdar ola biləcəyim nə var? Necə hiss edirəm?
5. Bu an həyatımda ən çox zövqümü oxşayan şey nədir? Necə hiss edirəm?
6. Bu an özümü nəyə həsr etmişəm? Necə hiss edirəm?
7. Kimi sevirəm? Kim məni sevir? Necə hiss edirəm?

Bu suallar xilasedicilərdir. Onlar diqqətinizi və həyatınızı dəyişdirmədə sizə köməkçi olacaq.

Sizi gücləndirən Axşam Sualları

1. Bu gün nə ətrafıma nə ötürdüm?
2. Bu gün nə öyrəndim?
3. Həyat keyfiyyətimi necə artırdım? / Bugünkü sərmayəmi gələcək üçün necə istifadə edə bilərəm?

Möhtəşəm sualların hədiyyələri

Sizi gücləndirən sualların necə soruşulacağını öyrəndikdən sonra, özünüzə olduğu qədər başqalarına da kömək edə bilərsiniz.

Bir NLP ustası bir dostu ilə olan söhbətini bölüşür. Bunu oxuduğunuz zaman nə demək istədiyimi daha yaxşı anlayacaqsınız.

"Bir zamanlar İstanbulda dostumla günorta yeməyində görüşdük. Hörmətli bir vəkildir və iş həyatındakı uğurlarına və gəncliyindən bu yana yaratdığı həyat tərzinə sadəcə heyranam. Amma o gün çox narahat görünürdü. Öhdəsindən necə gələcəyini bilmədiyi bir problemlə üz üzə idi. İş ortağının geridə qorxunc bir yük buraxaraq, firmadan ayrılmasının bir fəlakətə səbəb olacağını düşünürdü.

Halbuki, onun problemi tamamilə səhv suallarda idi: "Ortağım məni bu şəkildə necə üzüstə buraxıb gedə bildi? Heç vicdanı yoxdur? Mənim həyatımı məhv etdiyinin heç fərqində deyil? Layihələri o olmadan həyata keçirə bilməyəcəyimi bilmir? Müştərilərimizə artıq iş həyatımı davam etdirməyəcəyimi necə açıqlaya bilərəm?" Bütün bunlar onun indidən həyatının məhv olduğunu qəbul etdiyini göstərən suallardır.

Dostuma bir çox şəkildə köməkçi ola bilərdim, lakin yalnız bir neçə sual soruşmağa qərar verdim. Bu səbəblə, əvvəl gücləndirici səhər suallarını, sonra da problemin həlli üçün suallar soruşmağa başladım.

Əvvəl "Hal-hazırda səni xoşbəxt edən nədir? Bilirəm bu axmaqca səslənir, lakin sənin həqiqətən xoşbəxt olduğun şey nədir?" deyə soruşdum.

İlk cavabı "Heç bir şey" oldu.

Bu səbəblə, "Həqiqətən istəsən, necə xoşbəxt ola bilərsən?" dedim.

"Yoldaşımla xoşbəxtəm, çünki bu sıralar işini həqiqətən yaxşı edir və əlaqəmiz çox yaxşıdır" cavabını verdi.

"Yoldaşınla əlaqənin nə qədər yaxşı olduğunu düşündüyün zaman nə hiss edirsən?" deyə soruşdum.

"O, həyatımın ən inanılmaz hədiyyələrindən biridir" deyə cavab verdi.

"O xüsusi bir xanımdır, elə deyil" dedim.

Yoldaşının üzərində fokuslanmağa və özünü mükəmməl hiss etməyə başladı.

Sadəcə, onun diqqətini başqa istiqamətə yönəltdiyimi söyləyə bilərsiniz. Xeyr, onun daha yaxşı bir vəziyyətə girməsinə köməkçi oluram. Daha yaxşı bir vəziyyətdə çətinliklərlə başa çıxmağın daha yaxşı yollarını tapa bilərsiniz. Əvvəlcə mümkünsüzlüyü dəf etmək və onu müsbət bir duyğusal mühitə salmaq məcburiyyətində idim.

Başqa hansı mövzuda xoşbəxt olduğunu soruşdum. Dərhal, bir yazıçıya kitabını bitirməsində necə kömək etdiyini və yazıçının bundan nə qədər məmnun olduğu mövzusunda xoşbəxt ola biləcəyini izah etməyə başladı. Qürur duyması lazım olduğunu, lakin qürur duya bilmədiyini söylədi. Bu səbəblə "Qürur duysaydın, bu necə bir hiss olacaqdı?" deyə soruşdum. Onun nə qədər gözəl bir şey olacağını düşünməyə başladı və dərhal vəziyyəti də dəyişməyə başladı.

"Bəs hazırda, nə ilə qürur duyursan?" deyə soruşdum.

"Uşaqlarımla həqiqətən qürur duyuram. Onlar, həqiqətən özəl biridirlər. Sadəcə peşələrində müvəffəqiyyətli olmaqla kifayətlənmirlər eyni zamanda, insanlarla maraqlanırlar. Onların yetkin bir kişi və qadın olmalarından və övladlarım olmaqlarından həqiqətən qürur duyuram. Onlar mirasımın bir hissəsidir." dedi.

"İnsanlar üzərində bu qədər təsirə sahib olmağınız necə bir hiss yaradır?" dedim.

Daha əvvəl həyatının sona çatmaqda olduğunu düşünən insan, qəflətən dəyişmişdi. Həqiqətən nəyə minnətdarlıq hiss etdiyini soruşdum. Gənc ikən çətin dövrdə etdiklərinə və ən aşağı nöqtədən onu bu gün olduğu nöqtəyə gətirən, vəkillik dövrünün başlarındakı mübarizəsinə həqiqətən minnətdarlıq duyduğunu söylədi.

Sonra, "Həqiqətən hansı mövzuda həyəcan hiss edirsən?" deyə soruşdum.

"Hal-hazırda bir dəyişiklik etmə fürsətinə sahib olduğum üçün həqiqətən həyəcanlıyam" dedi.

Vəziyyətini köklü bir şəkildə dəyişdirdiyi üçün ilk dəfə belə düşünməyə başlamışdı.

"Kimi sevirsən və kimlər səni sevir?" deyə soruşdum.

Ailəsini və onların inanılmaz dərəcədə ona yaxın olduğunu izah etməyə başladı.

Bu səbəblə, "Ortağının ayrılmasının gözəl olan tərəfi nədir" deyə soruşdum.

"Bilirsən. Bunun gözəl olan tərəfi İstanbula gəlməkdən nifrət etməyim ola bilər. Antalyadakı evimdə qalmağı sevirəm" dedi və davam etdi.

"Gözəl olan tərəfi, hər şeyə yenidən baxmağımdır."

Bütün imkanlar toplusu ortaya çıxmağa başladı və Antalyadakı evindən beş kilometr uzaqlıqda yeni bir büro açmağı, işinin başına oğlunu gətirməyi və Ankaradan gələcək telefonlara cavab verəcək bir xidmətə sahib olmağı düşünməyə başladı. O qədər həyəcanlanmışdı ki, dərhal yeni bir büro açmaq üçün getməyə qərar verdi.

Qısa müddət ərzində, sualların gücü sehrini göstərmişdi. Bununla başa çıxa bilmək üçün lazımlı resurslara hər zaman sahib idi. Lakin soruşduğu zəiflədici suallar bu resurslara çatmağına maneə törədir və özünü hər şeyini itirən yaşlı bir adam olaraq görməyinə səbəb olurdu. Əslində, həyat ona möhtəşəm bir hədiyyə vermişdi. Lakin reallıq keyfiyyətli suallar soruşmağa başlayana qədər silinmişdi."

ŞƏRH YAZIN