Sizi Hədəfə Aparan İmkanlarınız Hansılardır?

0
2068
Sizi Hədəfə Aparan İmkanlarınız Hansılardır?

Hədəflərinizə çatmağınızı təmin edəcək imkanlara sahibsinizmi?

Bu sual hədəfinizə çatmaq üçün yararlana biləcəyiniz resursların nələr olduğunu göstərir. Bu fərdi resursların arasında təbii bacarıqlarınızı, sağlamlığınızı, gücünüzü, zamanınızı, zəkanızı və fiziki quruluşunuzu saya bilərsiniz. Ancaq bunun nəticəsinin sizi qorxutmasına icazə verməyin. Etməyiniz lazım olan tək şey potensialınızı "dəyərindən aşağı" görməməyiniz və həyata daha real yanaşmağınızdır. 

Məsələn, tennisdə ya da boksda yaxşı bir dərəcə əldə etmək istəyirsinizsə və bu an 45 yaşındasınızsa, şübhəsiz ki, bu hədəfi dəyişdirməlisiniz. Ancaq başqa bir çox idman sahəsində və ya başqa sahələrdə yaşınız hədəfinizin qarşısında bir maneə olmayacaqdır. İstədikləri hədəflərə çatmaq üçün böyük maneələrin öhdəsindən gəlmiş bir çox insanı nümunə olaraq göstərə bilərik. İnsanların böyük bir əksəriyyətinin problemi resurslarının olmaması deyil, resurslarını həyata keçirməmələridir və bu, səy göstərərək öhdəsindən gələ biləcəyimiz bir problemdir.
 
"Zəka" adlandırdığımız şey, xüsusilə beyinlə əlaqədar elmi araşdırmalarda mühüm bir əhəmiyyətə malik ola bilər, ancaq çox yüksək bir İQ-a (İntellekt əmsalı, ingiliscə intelligence quotient) sahib olmamağınız bir çox iş sahəsində sizin yüksəlməyinizə maneə deyildir. Belə bir hədəf üçün əlavə olaraq əldə etməyiniz lazım olan vasitələr təcrübə, təhsil və çox işləməkdir. Bu səbəbdən bu problem pul ya da məlumat kimi xaricdən əldə edə biləcəyimiz imkanlardan çox, öz daxili resurslarımızın hərəkətə keçirilməsi ilə əlaqəlidir. Əgər lazımdırsa, hədəfinizi əlinizdəki resurs və imkanlara baxaraq təkrar nizama sala bilərsiniz. Məsələn, normal səsinizlə yerli ya da milli bir xorda ifa etməyiniz, dünya səviyyəli bir solo virtuoz olmağınızdan daha uyğun bir hədəf ola bilər. İdman sahəsində də "artıq zamanı keçdiyi"nə görə, bəzi şeyləri hədəfləyə bilmirsinizsə, daha gənc insanlara trenerlik edərək və ya idarəçi vəzifəsinə keçərək istəyinizi həyata keçirə bilər, marağınızı və zövqünüzü canlı saxlaya bilərsiniz.
 
Sadəcə bir çox insan öz potensialını "dəyərindən aşağı" görür. Etməyimiz gərəkən iş isə, bizi hədəfimizə aparacaq daxili resursları tapmaq üçün çox səy göstərməyimizdir. 

ŞƏRH YAZIN