Söz Ustalığı İlə 13 Baxış Bucağı Qazanın!

0
2438
Söz Ustalığı İlə 13 Baxış Bucağı Qazanın!

 Yenidən çərçivələmə və metaforlar istifadə etmək xaricində, söz ustalığı texnikası bizlərə on üç ayrı baxış bucağı qazandıraraq düşüncəmizi zənginləşdirir.


"Gələcəyimi düşünmək məni pessimizmə itələyir." cümləsinə söz ustalığı texnikasından istifadə edərək fərqli bucaqlardan yanaşaq.

* Müsbət nəticə: O halda daha ciddi çalışmalısan.

* Mənfi nəticə: Sən də məğlubların sinfinə namizədsən.

* Fərqli nəticə: Əslində, gələcəyin optimist və ya pessimist olması deyə bir qayda yoxdur. Pessimist olan sənsən.

* Metafor istifadə et: Qışdan sonra həmişə bahar gəlir. Optimist olmağa çalış.

* Yenidən çərçivələmə: Hələlik pessimist görünürsən lakin daha sonra aydınlığa çıxacaqsan.

* Alın yazısı: Bəlkə də alnımıza belə yazılıb. Bir bax, insanlar yaşadığımız dünyanı necə sürətlə kirləndirir. Bu nəticə qaçılmazdır.

* Şəxsi meyarlar qoymaq: Bu sənin üçün necə bir problem yaradır? Bunun sənin üçün əhəmiyyəti nədir?

* Hədəf çaşdırmaq: Gələcəyin xaricində səni pessimizmə itələyən başqa faktorlar olub?

* Yenidən baxış keçir: Bəlkə real hədəflər qoymamısan? İstəsən dəyərlərini bir-bir gözdən keçir. Kim bilir, bəlkə də bəzi şeyləri səhv qavrayırsan.

* Deduktiv: Sənin kimi milyonlarla insan eyni duyğunu paylaşır. Bu dünyada və bu mühitdə bu çox normaldır.

* İnduktiv: Əgər dəyişməsən və real olmasan, nəticədə bu son qaçılmaz olacaq.

* Əks nümunələr: Pessimizm insanın dünyasında var. Əslində, bəzən bədbin olmaq normal sayılır.

* Müsbət niyyət: Bu sənin nə qədər həssas və dəyişiklik içində olduğunu göstərir. Bir düşün, milyonlarla insan bu vəziyyətdən xəbərsiz olaraq yaşayır.

Diqqət etsəniz, kiçik belə olsa bəzi maddələr bir-birinə yaxın görünür. Amma az da olsa bizə başqa baxış bucaqları qazandırırlar. Bildiyiniz kimi, "şeytan detalda gizlidir" deyə bir söz var. Bu nümunələri istifadə edərək "şeytan"ın özünə enə bilərik.

Söz ustalığı sağ beyin funksiyasıdır. Fərqli baxış bucaqları ilə yaradıcı beyni hərəkətə keçirərək problemlərə yeni forma verməkdə və verəcəyimiz qərarda daha obyektiv, daha yaradıcı seçim etməyi təqdim edir.

Söz ustalığı texnikası rəhbərlikdə, insani münasibətlərdə və hər cür vəziyyətdə istifadə edə biləcəyimiz bir texnikadır. Bəlkə də çoxunuz bu texnikaları tətbiq edirsiniz. NLP bizə bunları sistemləşdirərək bacarıqlarımızı istifadə etmədə yeni imkanlar və fərqli baxış bucaqları təqdim edir.

ŞƏRH YAZIN