Təmsil Sistemləri Və Münasibətlər

0
2316
Təmsil Sistemləri Və Münasibətlər

 Təmsil sistemləri şəxsi həyatımızda da önəmli yerlərdən birini tutur. Yoldaşımızla, uşağımızla, qonşu və yaxınlarımızla qurduğumuz əlqalərdə təmsil sistemlərinin danılmaz rolu vardır.


Məsələn, biri tərəfindən sevildiyinizi necə anlayırsınız? Birinə olan maraq, sevgi və duyğularınızı necə çatdırırsınız? Ya da sevdiklərinizdən necə diqqət görmək istəyirsiniz? Sizin üçün sevildiyinizi eşitmək yoxsa hədiyyə almaq önəmlidir? Qarşınızdakının gözəl geyimdə olması xoşunuza gələr yoxsa sevdiyiniz şəxsin sizi qucaqlaması, əlinizdən tutması? Hansına daha çox meyllisiniz?

Dostluqlarda da təmsil sistemləri çox əhəmiyyətlidir və adətən, eyni təmsil sisteminə sahib insanlar daha yaxşı anlaşarlar. Bir dostum başqa bir dostu ilə olan münasibətini belə ifadə edir:

"Ailəvi görüşdüyümüz, yoldaşlarımızın daha yaxşı anlaşdığı bir dostumla aramız elə də mükəmməl deyildi. Arada sırada görüşdüyümüz zaman da ikimiz arasında bir ünsiyyət olmazdı. Bir gün yenə bizə yeməyə gəlmişdilər. Yemək əsnasında mənim ara sıra mətbəxə gedib yemək gətirməyim, mahnı qoşmaq və ya dəyişdirmək üçün masadan ani qalxmağıım, sürətli və yüksək tempdə danışmağımdan dostum narahat oldu. Mənə "Yetər artıq Turqay, zəhmət olmasa əyləş, sənin sürətini təqib edə bilmirəm, başım fırlandı." NLP-ni ilk öyrəndiyim illərdə bunun səbəbini anlamışdım. Dostum kinestetik idi. Mən isə, vizual. Uzun sözün qısası, fərqli xəritələrə sahib idik və aramızda münaqişələrin olması çox normal idi."

Türkiyənin NLP təlimçilərindən biri də fərqli təmsil sistemləri ilə bağlı bir təcrübəsini bölüşür: 

"Bir gün çalışdığım universitetdə həmkarlarıma NLP təqdimat seminarları verirdim. Müddət 20 dəqiqə ilə məhdudlaşırdı. Mən mövzunu sürətlə izah etdim və bitirdim. Həmkarlarımın çoxu ilk dəfə eşitdikləri NLP-dən çox təsirləndiklərini; çox gözəl bir seminar olduğunu, növbəti günlərdə bir daha təkrarlamağımı istədilər. Mənə müəllimlik etmiş bir həmkarım "Möcüzəvi bir şeydir amma bir az sürətli izah etdin, sənə çata bilmirdim. Bir az daha yavaş izah etsən daha yaxşı olar." Bu söz sizə tanış gəlir? Mən müəllimimin kinestetik olduğunu bilirdim və bunun üçün mənə belə reaksiya verməsi son dərəcə təbii gəldi."

Fərqli təmsil sistemlərinə sahib iş dostlarımızın da bir sıra vərdişlərinə şahid olarıq. Məsələn, vizuallar təmiz, hər şeyləri yerli yerində, nizamlı və ahəng içindədir. Audial həmkarlarımız səslərdən narahat olur, daha sakit çalışacağı yerləri ya da məkanları axtarır. Daha çox ünsiyyət qurmaq üçün masalarını yoldaşlarının masalarına yaxınlaşdırır. Kinestetik yoldaşlarımız isə, harada hansı kresloya oturduqlarına diqqət edərlər. Dağınıqlıq onlar üçün əhəmiyyətli deyil. Masaları və siyirtmələri qarma-qarışıqdır. Halbuki, onların bu halı vizualları dəli edər. Geyimlərinə çox əhəmiyyət verməzlər. Dağınıq olmaqdan da narahatlıq hiss etməzlər.

Özümüzün və başqalarının təmsil sistemlərini anlamaq həyatı asanlaşdırmaq və fərdi fərqlilikləri anlamaq baxımından əhəmiyyətlidir. Unutmamaq lazımdır ki, hər kəs özünə görə doğru olanı edir. Heç biri doğru və yanlış; yaxşı ya da pis deyil. 

NLP ilə siz də hər kəsin öz təmsil sistemini kəşf edib mövzulara daha anlayışla yanaşa bilər və hər kəsi olduğu kimi qəbul etməyi öyrənə bilərsiniz. 

ŞƏRH YAZIN