Xatirələrinizlə Əlaqəli Və Əlaqəsiz Olmağın Yolları ...

0
2062
Xatirələrinizlə Əlaqəli Və Əlaqəsiz Olmağın Yolları ...

 Keçmişinizə aid biri xoş, digəri isə, heç xoş olmayan iki xatirənizi düşünün. Bu iki xatirəni də, o gün necə yaşamısınızsa bu gün də elə yaşamağa cəhd göstərin. Bu təcrübələri necə xatırladığınızı fərq edin. Onları "əlaqəli" olaraq yenidən yaşayırsınız yoxsa yalnız "əlaqəsiz" olaraq təcrübənizi müşahidə edir və özünüzü müəyyən bir məsafədə bir filmin ya da fotoşəkilin içində görürsünüz?

Bir xatirə ilə, "əlaqəli" olduğunuz zaman, original hadisədə hiss etdiyiniz xoş olan ya da olmayan bütün duyğuları onu xatırladığınız hər an yenidən yaşayacaqsınız. "Əlaqəsiz" olduğunuz zaman isə, yalnız neytral müşahidəçinin duyğularına sahib olacaqsınız. Bu təcrübəni yaşadıqdan sonra, hadisələri xatırlamaq üçün hansı yolları istifadə etmək istəyəcəyiniz bəllidir. Müsbət təcrübəni "əlaqəli" şəkildə və mənfi təcrübəni isə, "əlaqəsiz" şəkildə xatırlamağı istəyəcəksiniz.

Məsələn, bir yeni il şənliyində möhtəşəm vaxt keçirən bir qadını götürək. Saatlarla əyləndi, rəqs etdi... hətta hər kəslə birlikdə mahnı belə söylədi və oradakı ən şən insan idi. Səhərə doğru saat ikidə, hər kəs ayrılmadan az əvvəl qadın qəhvə içərkən biri yanından keçdi və qoluna dəydi. Qəhvə ağ paltarının önünə sıçradı. Qadın dəhşət içində ayağa qalxdı və "Bütün gecəm bərbad oldu!" dedi. Bir neçə ay sonra, marketdə o gecəki şənliyə qatılan biriylə qarşılaşdı. Bu adam şənlik haqqında danışmağa başlayınca, qadın onun sözünü kəsdi və bitkin bir səslə "Xaiş edirəm, mənimlə o şənlik haqqında danışma. Qorxunc bir gecə idi!" dedi.

Bu qadın şənliyin həyat resursu olma bacarığını yaşadı və sonra tək bir mənfi anla bütün hər şeyi məhv etdi. O gecənin bütün xoş xatirələrinin dadını çıxarmaq yerinə, şənliyin sonundakı qəhvənin tökülməsi ilə "əlaqəli" hala girdi və əyləndiyi bütün saatlarla "əlaqəsiz" hala keçdi. Bu bir şənliyi xatırlamağın və ya həyatı yaşamağın ağıllı və ən yaxşı bir yolu deyil.

Depressiyaya girən insanları götürün. Bunlar ümumiyyətlə, müsbət təcrübələri ilə "əlaqəsiz" olan və mənfi təcrübələri ilə "əlaqəli" olan kəslərdir. İndi isə, tanıdığınız, duyğusual olaraq eniş yoxuşlar yaşayan insanları düşünün. Bir yoxuşa qalxır, bir enişə enirlər. Bunlar xoş olsa da, olmasa da bütün təcrübələrlə "əlaqəli" olan və çox nadir hallarda, "əlaqəsiz" hala keçən insanlardır. Bununla yanaşı, həyatın çoxunu bir müşahidəçi mövqeyindən izləməklə yaşayan insanlar vardır. Bunlar, ümumiyyətlə, mühəndislik ya da kompüter proqramlaşdırma kimi analiz etməyi tələb edən peşələri seçərlər. Digər insanlardan çox anlayışlara, məlumata və konkret şeylərə fokuslanarlar.

Bütün o pis duyğuları bir dəfə yaşamağınız kifayət qədər pisdir, niyə onları təkrar təkrar yaşamaq istəyirsiniz ki? Sizi narahat edən bir xatirə ilə "əlaqəsiz" hala keçdiyiniz zaman, özünüzü hələ də orada bədbəxt olaraq görə bilərsiniz. Beləliklə də, gələcəkdə nəyi yenidən yaşamaq istəmədiyinizin fərqində olarsınız. Heç bir qiymətli məlumatı itirmirsiniz və hələ o təcrübələrdən əldə etdiyiniz əhəmiyyətli dərsləri xatırlaya bilərsiniz. Tək itirdiyiniz şey isə, düşünməyinizi və yaradıcılığınızı ən çox ehtiyac duyduğunuz zamanlarda məhdudlaşdıran o pis duyğulardır.

Xoş olmayan xatirələrlə "əlaqəsiz" hala keçərək, bacarıqlı və yaradıcı ola bilər, həyatın təqdim etdiyi çətinliklərlə daha yaxşı başa çıxa bilərsiniz.

Nə zaman "əlaqəli", nə zaman "əlaqəsiz" olacağınızı seçməyi öyrənmək sizə həyatınızı dəyişdirmək üçün təsirli bir yol təqdim edir. Bir sonrakı addım şüuraltınıza öyrətməkdir. Beləliklə, istədiyiniz seçimi avtomatik olaraq həyata keçirə biləcəksiniz.

ƏLAQƏLİ OLMAQ

1. Fizioloji: "əlaqəli" olmanın fiziologiyasından faydalanın. Önə doğru əyilin, bir tərəfdən digər tərəfə baxın, bu anda hansı duyğuları hiss edirsinizsə hiss edin və hərəkət etmək, hərəkətə keçmək üzrə hazır hiss edin.

2. Xoş bir xatirə ilə "əlaqəli" hala keçin: İndi xoş bir anınızı düşünün və onunla tamamilə "əlaqəli" hala gəlin. Beləcə o hadisənin təkrar içinə girdiyiniz zaman, öz gözlərinizdən baxar, o zaman gördüklərinizi görər, eşitdiklərinizin eşidər və o hadisədə original olaraq, yaşadığınız bütün yaxşı duyğuları hiss etməyin dadını çıxara bilərsiniz.

3. İkinci addımı təkrarlayın: "əlaqəli" olmağın fiziologiyasını qoruyarkən başqa çox xoş anınızı istifadə edin. Hər biriylə tamamilə "əlaqəli" hala gəlin. Beləliklə, o müsbət və resurs dolu duyğuları tamamilə hiss etməyin zövqünü çıxara bilərsiniz.

4. Zehninizdən yalnız müsbət olan xatirələrlə "əlaqəli" olmasını istəyin: İndi gözlərinizi bağlayın və şüuraltı ağılınıza müsbət xatirələrinizin (onları nə zaman xatırlasanız avtomatik olaraq, "əlaqəli" hala gəlməyinizə icazə verərək) sizin üçün müsbət bir resurs olmağa razı olub olmayacağını soruşun. Demək olar ki, bütün hadisələrdə bunun həyatdan daha çox zövq almağınızı və həyatın qaçılmaz çətinlikləri qarşısında daha uğurlu olmağınızı təmin edəcək ağıllı bir seçim olacağını anlayın. Bu daxili mesajın hiss edildiyindən və müsbət olaraq cavab verildiyindən əmin olmağa zaman ayırın. Bir an üçün dayanın və rahatlayın.

ƏLAQƏSİZ OLMAQ

1. "Əlaqəsiz" olmağın fiziologiyası: Geriyə söykənin və çiyinlərinizin bir az daha geriyə getdiyini hiss edin. Başınız da arxaya gedərkən çənənizin bir az yuxarı qalxmasına icazə verin və buraxın bütün bədəniniz sabitləşsin.

2. Mənfi xatirə ilə "əlaqəsiz" hala keçin: İndi bir mənfi bir xatirənizi düşünün və onunla tamamilə "əlaqəsiz" hala keçmək üçün bir az zaman ayırın. Özünüzü o xatirənizin içində, sanki televiziyada bir film izləyirmiş kimi görün. Filmi qara-ağ etməyin, televiziyanı uzaqlaşdırmağın və filmin daha zəif və daha az dəqiq olmasına icazə verməyin köməyi ola bilər. Əgər "əlaqəsiz" hala keçməkdə problem yaşayırsınızsa, onu qalın bir parçanın ardından izlədiyinizi xəyal edin. Tərəfsiz amma əlaqədar və maraqlı bir müşahidəçi olma duyğusunun zövqünü çıxarın.

3. İkinci addımı təkrarlayın: Xatirələriniz arasından seçdiyiniz digər bir çox mənfi xatirələri istifadə edin; işinizdəki, evinizdəki, oyun zamanı, başqaları ilə və yalnız ikən yaşadığınız xoş olmayan təcrübələr, xəyal qırıqlıqları və səhvlər və s. Hər biriylə tamamilə "əlaqəsiz" hala keçin. Beləliklə, tərəfsiz amma maraqlı bir müşahidəçi olacaqsınız.

4. Zehininizdən mənfi xatirələrlə "əlaqəsiz" olmasını İstəyin: İndi gözlərinizi bağlayın və şüuraltına mənfi xatirələrinizin (onları nə zaman xatırlasam avtomatik olaraq, "əlaqəsiz" hala keçməsinə icazə verərək) sizin üçün müsbət bir resurs olmağa razı olub olmayacağını soruşun. Demək olar ki, bütün hadisələrdə bunun, həyatdan daha çox zövq almanızı və həyatın qaçılmaz çətinlikləri qarşısında daha uğurlu olmağınızı təmin edəcək ağıllı bir seçim olacağını anlayın. Bu daxili mesajın hiss edildiyindən və müsbət olaraq cavab verildiyindən əmin olmağa zaman ayırın. 

ŞƏRH YAZIN