Özünə Güvənən İnsanın Davranışları Necə Olar

0
3357
Özünə Güvənən İnsanın Davranışları Necə Olar

İnsanın özünə olan güvəni bir çox davranış formasında qarşımıza çıxa bilər. Ancaq bir dəqiqlik var ki o da "özünə güvənən insanların ürkək, qərarsız və şübhəli insanların" davranışlarından üstün olduğudur. Melbourne Universitetində edilən bir araşdırmaya görə özünə güvənənlər digərlərindən daha sürətli  olur və bu səbəbdən də maaşları daha yüksək olur. Talent Smart İdarəçisi Dr. Travis Bradberry, LinkedIndə, özünə güvənən insanları digərlərindən ayıran davranışları sıralandı.

ŸƏvvəl özlərinə baxarlar
Xoşbəxtlik özünə güvən mövzusunda çox kritik bir elementdir. Özünə güvənən kəslər, digər insanların özləri haqqında nə düşündüyünün əksinə əvvəlcə öz özlərindən məmnun olurlar. Bunu bilirlər ki, heç bir zaman digər insanların dediyi qədər yaxşı və ya pis olunmur.
 
Başqalarını mühakimə etməzlər
Özünə güvənən insanlar digərlərini kiçiltməyə çalışmazlar. Cünki yaxşı hiss etmək üçün başqalarını kiçik hesab etməyə ehtiyacları yoxdur. Ayrıca özlərini başqalarıyla müqayisə etməyə də ehtiyac duymazlar.
 
Həqiqətən istəmədən ‘Bəli' deməzlər
Özünə güvənənlər ‘Xeyr' deyilməsi lazım olan bir vəziyyətdə ‘Edə biləcəyəimi sanmıram', ‘əmin deyiləm' kimi cümlələr yerinə birbaşa ‘xeyr' deyərlər. Bunun daha sağlam olduğunu bilərlər. Qəti danışarlar.
 
Danışmaqdan çox dinləyərlər
Digərlərini dinləyərək daha çox öyrənəcəklərini və inkişaf edəcəklərini bilərlər. Başqalarıyla ünsiyyəti özlərini bir sübut etmə vasitəsi olaraq görməzlər.
 
Özlərini sınayarlar
Səyləri yalnız kiçik bacarılar gətirsə belə, özlərini sınamaqdan geri qalmazlar. Kiçik zəfərlərin motivasiya  etdiyini bilərlər.
 
Maraq gözləməzlər
Özlərini əhəmiyyətli biriymiş kimi göstərməyə çalışmaqdansa, özləri olarlar.
 
Səhv etməkdən qorxmazlar
Öz fikirlərini açıqlamaqdan qaçmazlar. Səhv etməyin doğru yolu tapmaq üçün yaxşı bir dərs olduğunu və öz doğrularının da digərləri üçün faydalı olacağını bilərlər.
 
Geri çəkilməzlər
Bir fürsət gördüklərində nələrin səhv gedə biləcəyi haqqında narahat olmaq yerinə öz özlərindən ‘Məni nə dayandıra bilər ki?' deyə soruşarlar.
 
Digərlərini təbrik edərlər
Özünə güvənən insanlar, digər kəslərin etdiyi işləri tənqid edərək onları kiçiltməyə çalışmazlar. Tam tərsinə fərqli insanları çıxardıqları müvəffəqiyyətli işlərdən ötəri təbrik edərlər.
 
Kömək istəməkdən çəkinməzlər
Özünə güvənən kəslər başqalarından kömək istəmənin özlərini zəif və ya ağılsız göstərməyəcəyini bilərlər. Öz güclü və zəif nöqtələrini bilərlər. Zəif nöqtələrini gücləndirmək üçün kömək istəyərlər.
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN