Fərqliliyini Qoru!

0
2163
Fərqliliyini Qoru!

Səndə bütün dünyanı dəyişə biləcək güc, potensial və enerji var. Sən hər kəsdən fərqlisən. Sənin təcrübən, dünyaya baxışın, xarakterin, potensialın əvəzolunmazdır. Sən başqalarına oxşamağa çalışdıqca özünün ən böyük gücünü – fərqliliyini itirirsən.

Özün ol!

Kin saxlamaq, paxıllıq etmək cılız adamların işidir. Bu hisslərdən yuxarıda ol. Böyük ürəkli insanlar sevgi və mərhəmətlə dolu olurlar.

Böyük ol!

Sənin həyatından yüzlərlə insan gəlib keçəcək. Onların hər biri sənə ya nəyisə öyrətmək, ya da kömək etmək üçün ordadırlar. Hər bir insandan öyrənməli şeylər var.

Öyrənməyə açıq ol!

Qorxu səni görünməz həbsxanaya kilidləyir. Ürəyinin səsini dinləyə bilmirsən, enerjin zəifləyir və özünə hörmətini itirirsən. Nə qədər az qorxaq olsan o qədər çox güclü olacaqsan və o qədər də gözəl yaşayacaqsan.

Cəsur ol!

Əgər böyük işlər görmək, dəyişikliklər etmək istəyirsənsə tənqidlərə, kobud münasibətə hazır ol. Bil ki, xoşbəxt insanlar heç kimə palçıq atmırlar. Bunların səni qırmasına imkan vermə.

Güclü ol!

Mənfi emosiyalara qapılmaq asandır – şişirdilmiş yazıqlıq həmişə kədərli olur. Özünü müsbət ruha kökləmək isə əlavə enerji tələb edir. İnsanların çoxu tənbəldir, özünə yazığı gəlməyi, pessimist olmağı seçirlər. Sən öz üzərində işlə. Pozitiv olmaq üçün davamlı beynini müsbət düşüncələrə köklə. Bu, səbr tələb edir.

Səbrli ol! Pozitiv ol!

Sənin ən böyük tənqidçin özünsən. Hər addımını tənqid edən başındakı o səsi susdur. İnan ki, hamının başı özünə qarışıqdı, heç kim sənin həyəcanını, utancaqlığını hiss eləmir. Sən özünü necə aparırsansa insanlar səninlə o cür davranacaqlar.

Özünə inamlı ol!

Həyatı, ətrafdakı insanları bir az boş ver. Dünya dönməyində, insanlar hər zaman danışmaqda davam edir. Daha rahat olun!

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN