Hədəfini Gördü Və Qazandı

0
1645
Hədəfini Gördü Və Qazandı

Dünyanın ən yaxşı üzgüçülərindən biri olan Şorenc Çatvikin yaşadıqları,özündəki inkişafı ölçməyən bir adamın başına nələr gələ biləcəyi haqqında gözəl bir nümunədir

Şorenc Çatvik 4 İyul 1952 tarixində Sakit okeandan başlayaraq Kaliforniyaya doğru üzməyə başlayır.Əgər bu sınağını müvəffəqiyyətlə başa çatdırsa,bunu edən ilk qadın üzgüçü olacaqdı. Çatvik çox qərarlı bir şəkildə okeanın sularında üzməyə başladı.Ancaq o gün sıx duman olduğu üçün göz-gözü görmürdü,su isə həddindən artıq dərəcədə soyuq idi.Bu çətin sınaq bir çox insan tərəfindən televiziyalardan dəqiqə-dəqiqə izlənilirdi.Saatlar irəliləyir,bir tərəfdən yorğunluq bir tərəfdən soyuq Çatvik üçün dözülməz bir vəziyyət idi .O,15 saat dayandıqdan sonra artıq davam edə bilməyəcəyini anlayanda özünü sudan çıxartmaqlarını istədi.Yaxındakı gəmidə olan anası və məşqçisi quruya yaxınlaşdığını ifadə edərək üzməyə davam etməsini söylədilər. Amma Çatvik dönüb Kaliforniya sahillərinə baxdığında tək görə bildiyi sıx bir sis təbəqəsi idi.Daha sonra Çatvik dözə bilməyərək sudan çıxdı.Istirahət edib,özünə gəldikdən sonra jurnalistlərin "Sahilə çox az bir məsafə qalmışdı,nə üçün bir az daha dayanmadınız?" sualına "Baxın bəhanə tapmaq üçün söyləmirəm,amma qurunu görə bilsəydim bacara bilərdim"cavabını verdi.Çatvikin təslim olması nə yorğunluqdan,nə də soyuqdan qaynaqlanırdı.Sisə görə qurunu görə bilmədiyi üçün hədəfinə çata bilməyəcəyini düşündü və üzməkdən imtina etdi.
Çatvik iki ay sonra eyni məsafəni üzərək keçmiş və rekord qırmışdı.

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN