Miskin Insanlar Kimdir?

0
2485
Miskin Insanlar Kimdir?

1. Hər şeyin ən pis tərəfini görərlər.

Yazıq insanların düşüncəsi hər şeyin ən pis tərəfini fikirləşmək, ən pis ehtimalları düşünmək üzrə formalaşmışdır. Özlərinin və ya dostlarının həyatında yaxşı bir şey olsa da "pis" olandan bəhs etməkdən, danışmaqdan imtina etməzlər.

2. Dostlarını sevməzlər.

Yazıq insanlar özləri kimi insanlarla dostluq etməyi xoşlayırlar. Xoşbəxt, müvəffəqiyyətli insanlarla dost olmağı xoşlamazlar. Dostlarının çətinlikdə, darda olmağı belə insanları sevindirər, onlara öyüd-nəsihət və təsəlli verirmiş kimi görünsələr də, əslində bundan zövq alarlar.

3. Həqiqətlərdən qaçmaq üçün hər obraza girərlər.

Bu insanların həyatları çox pisdir. Yəni onlar həyatlarının pis olduğuna özlərini inandırırlar. Buna görə də həyatlarının həqiqətləri ilə üzləşib, problemlərini həll etmək yerinə ondan qaçarlar. İçki içər, narkotik maddələrdən istifadə edərlər. Kitab oxumaq, televizora baxmaqdan uzaqlaşarlar. Məqsədləri ancaq həyatdan qaçıb uzaqlaşmaqdır. Əsl problemləri isə əsla qaça bilməyəcəkləri bir şeydən qaçmağa çalışmalarıdır. Həqiqətən kədərlidir.

4. Naşükürlük edirlər.

Hamımızın səhər yataqdan durmaq istəmədiyimiz günlər olur. Amma yazıq insanların hər günü belədir. Həyatı sevmədiyi üçün səhər ayılmağı istəməmək çox normaldır. Belə insanlar normal insanların hər səhər həyəcanla ayılmalarına paxıllıq edər, onları qısqanarlar.

5. Hər şeydən problem yaradırlar.

Yazığımız gələn insanlar digər insanları sevməzlər. Heç özlərini də çox sevməzlər. Demək olar ki, belə insanlarla çox qarşılaşırıq. Özlərini yazıq kimi göstərib, bizi buna inandırmağa çalışarlar.

6. Özgələrində səhv axtarırlar.

Bu tip insanlar digər insanları da aşağı, öz səviyyələrinə çəkməyə meyillidirlər. Ən yaxın dostlarının belə qüsurlarını, səhvlərini tapıb cəmiyyət içində təhqir etməyə çalışırlar. İnsanların əhvalını pozmaqdan təsvir edilməz bir zövq alarlar.

7. Özlərini bəyənməsələr də, hər kəsdən yaxşı olduqlarını deyərlər.

Yazıq insanların yazıq olmasının ən böyük səbəbi özlərini bəyənməmələridir. Özləriylə barışıq deyillər. Qüsurlarını çox böyüdər, çox fikirləşərlər. Amma nəticə nədir? Özləri alçaq bir insan olsalar belə, dünyada ən az alçaq insan onlardır, digər bütün insanlar isə ya axmaq, ya da çirkindir.

8. Xoşbəxt olduğunu düşünən insanları qısqanırlar!

Xoşbəxt olmadıqları üçün xoşbəxtlik onlara əlçatmaz kimi gəlir. Onsuz da xoşbəxtlik o qədər asan, əlçatan olsa idi, onlar da xoşbəxt olardılar. Ona görə də xoşbəxt görünən insanları əslində avam sanırlar, düşünürlər ki, onlar əslində xoşbəxt deyillər, yalandan deyirlər.

Bunların hamısı müalicə edilə bilər!

Ətrafınızda yuxarıda sadaladığım 8 xüsusiyyətin bir və ya daha çoxuna sahib insanlar varsa, onlardan uzaqlaşın. Əgər özünüzdə varsa, bu xüsusiyyətlərinizi dəyişdirməyə çalışın!

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN