Özünə Dəyər Qatmaq İstəyirsən?

0
4300
Özünə Dəyər Qatmaq İstəyirsən?

Özünüzə dəyər qatmaq üçün aşağıdakı 10 qaydanı tətbiq edin;

1. Özünütənqid və tənqiddən uzaq durun! Burda, məncə, hər şey aydındı: tənqid elə qiymətləndirmənin özüdür. Daha doğrusu, tənqid edərək insanlara, özümüzə, hadisələrə qiymət veririk. Bu arada vacib bir şey deyim: tənqid – dünyaya həmişə təzyiq etmək, ona öz nöqteyi-nəzərini tətbiq etməkdir. Belə də olmalıdır, başqa cür mümkün deyil. Niyə özümüzünkü? Hadisələr arasındakı əlaqələr barədə nələri bilirik? Bizə görə düzgün olmayan birinin inkişaf etməsi üçün hansı dərsin lazım olduğunu haradan bilək? Həyat şiddəti sevmir, taledən olmayan bir şeyi tələb etmək mənasızdır, sadəcə daha da pis olacaq.
 
2. Neqativ fikirlərdən uzaq durun! Söhbət özünüzü mənfi əhvalı-ruhiyyə ilə, xoşagəlməz öncəduymalarla, qorxularla dəhşətə gətirməyi dayandırmaqdan gedir. Sadəcə baş verən hadisələrin mənbəyinin elə öz düşüncələrimiz olduğunu anlayaraq, həyata güvənmək və açıq ürəklə həyata başlamalıyıq. Həyat ondan nəyi gözləyirsənsə, onu da gətirəcək. Xəstəlik gözləyirsənsə, gələcək. Əgər qaranlıq yerdə küncdən oğrunun çıxmasını gözləsən, o, çıxacaq. Əgər sevgi gözləsən, sevgi də gələcək. Vəssalam.
 
3. Özünlə yumşaq, səbrli və xeyirxah ol! Uğura gedən yolda qabağımıza çıxan əngəl törədən “daş”lardan ən mühimi də - səbrsizliyimizdi. Çox, hətta mümkün olmayacaq qədər tez bir şəkildə mükafatlandırılmağı istəyirik. Bax indi anladım ki, harada səhv etmişəm, bu andan etibarən pozitiv düşünməyə başladım – bəs hər şeyin yaxşılığa doğru dəyişəcəyinə verilmiş sözlər? Nə üçün hələ də göydən “bərəkət” yağmır?! Sakit ol, vətəndaş, hər şeyin öz vaxtı var. Dəyişikliklərin həyatınıza sabit daxil olmasına, yeni dünyayla bağlı yeni həyat tərzinin (modelinin) yerləşməsinə icazə verin. Bir şeylər öyrənmək üçün, özünüzə vaxt verin. Allahdan əlinizi üzməyin ,onda O, özü hər şeyi verəcək. Köhnə bir mahnıda deyildiyi kimi: “təkrar-təkrar biz həyata şərtlər qoyuruq – və hər dəfə bizi fərqli yerlərə aparması ilə təəccüblənirik”.
 
4. Özünüzə və başqalarına təəssüflənməyi dayandırın! Heç bilmirəm, bunu izah etməyə dəyərmi! Əslində alçaltmağın gizli forması olan təəssüf hissindən artıq o qədər danışılıb ki. Təəssüf hissi yaradan, köməksiz olan birinə necə hörmət edək, onu  necə dəyərli hesab edək? Yazığımız gəlir, çünki razı oluruq ki, insan problemlərin öhdəsindən gəlməyə bilər, həyat ədalətsizdir, növbəti dəfə bu mənim başıma da gələcək. 
 
5. Taleyin hədiyyələrini sakit, minnətdarlıqla, şübhə və qorxusuz qəbul etmək lazımdır! Ax, necə də tez-tez bunu eşitməli oluruq: “Mən o qədər xoşbəxtəm ki, mənə hətta… utanc vericidir! Axı heç də hamının mənim kimi bəxti gətirmir!” Bunu necə tərcümə edək? Çox sadə: tale – kor bir axmaq.. neməti, layiq olmayanlara, əsasən də, mənə göndərir. Həqiqətdə isə, mən heç nəyə layiq deyiləm, belə ki, özümdə xüsusi bir şeyi təsəvvür etmirəm, digərləri məndən daha  yaxşıdır. Əla! Bütün mümkün olan neqativ “bir stəkanda”: özünüalçaltma, müqayisə, həyata güvənsizlik və verilən hədiyyəyə görə ödəmək qorxusu.
 
6. Təkəbbürdən xilas olun! Kömək istəməkdən çəkinməyin, bu zəifliyin göstəricisi deyil, əksinə gücün sübutudur. Zəif orada tərəddüd edər və məğlub olar ki, güclü kömək lazım olduğunu duyub dəstək istəyər. Axı o özü də elə anlarda bacardığı köməyi göstərər. Bəli, həyatın önümüzə qoyduğu bütün məsələləri həll etməyə qadirik, lakin kim deyir ki, biz bunu təkbaşına eləməliyik? Əksinə, dünya ilə əməkdaşlıq, ətrafdakılarla işbirliyi – uğurdur. Bir sözlə, dəstək axtarın – və siz birə yüz güclü olacaqsınız, başqa sözlə,  özünə inam əldə edəcəksiniz və dünyaya inanmağı öyrənəcəksiniz.
 
7. Öz problem və çatışmazlıqlarınızı sevin! Söhbət heç də mazoxizmdən getmir. Sadəcə yadda saxlayın ki, istənilən çətinlik bizi daha güclü edir, əlbəttə ki, əgər biz ondan qaçmasaq, əksinə onu aradan qaldırsaq. Vəziyyətə müqavimət göstərməklə biz yalnız onu sürətləndiririk – sadəcə ona görə ki, onu qəbul etməyə cəhd göstərmirik, əksinə rədd edirik. Nəticədə, həll etmirik! Vəziyyəti yalnız ona daxil olmaqla düzəltmək olar. Başqa sözlə, onu rədd etməyi dayandırmaqla- qəbul etməklə.
 
8. Öz bədəninizin qayğısına qalın! Doğuşdan və bütün həyatımız boyunca, bizə ancaq bir bədən verilib – digəri olmayacaq, əvəzləmə də olmayacaq, hətta onunla nəsə baş versə belə.Yeganə çıxış yolu bütün gücümüzlə nəzarət etmək lazımdır ki, onunla heç nə baş verməsin. Qayğısını çəkmək və bəsləmək. Sağaltmaq, daha da yaxşısı, pozuntuların qarşısını almaq. Xəstə adam sağlam adamdan daha zəifdi, ona daim çətin olur. Özümüzə  problemlər yükləməyə dəyərmi?
 
9. Hər işi sonuna kimi görüb qurtarın! Tamamlanmamış işlər həmişə özünə dəyəri azaldır, yaddaşımızda qırıntılar kimi qalır, daim məğlubiyyətimiz, zəifliyimiz barədə xatırladır. Heç nəyi yarı yolda buraxmayın, onda özünüzü danlamağa, qınamağa bir səbəb olmayacaq.
 
10.Sahiblənməyə çalışmayın! Bu ən vacib momentdir! Həqiqətdə, kimə və ya nəyə sahib ola bilərik? Bizim sahib olduğumuz istənilən əşya, bu və ya digər əsnada yox ola, sına bilər. O bizim üçün nə qədər dəyərliydisə, itkisi də bir o qədər ağır olur, itirdiyimiz qədər də zəifləyirik. İnsanlar haqqında nə danışaq?! Sahiblənməyə can atdığımız, yiyələnməyə çalışdığımız insanlar istənilən an çıxıb gedə bilərlər. Lakin asılılıq , qalacaq!Əgər siz kumirinizin nəzərində əsassız  tamamilə sıfırsınızsa,  burada artıq hansı özünə dəyərdən söhbət gedə bilər ki?.. Gəlin anlayaq: bizim gücümüzün daxilində olan yeganə şey  yaxınlarımızın, sevdiklərimizin  yanında olmaqdır.
- See more at: http://allmag.az/articles/view/zn-dyr-qatman-10-sulu#sthash.ofBwS0M8.dpuf
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN