Tənbəlliyin Daşını Atın!

0
1377
Tənbəlliyin Daşını Atın!

Bəzən tənbəllik etdiyimiz anlar olur. Heç bir işə həvəs qalmır, yalnız uzanmaq, istirahət etmək və ya yatmağı düşünürük. Amma bəzən görməyimiz gərəkən işlər var ki, onun üçün tənbəlliyin daşını atmalıyıq. Düşünürəm ki, bu 5 addımla tənbəlliyi geridə qoya bilərik: 
 
1. Başlanğıc üçün ümumiyyətlə heç bir şey etməyin.
Bütün fəaliyyətlərinizi dayandırın; otaqda o yan bu yana getməyin, kompüter arxasında oturmayın, yeməyin, oxumayın, musiqi dinləməyin. Gözlərinizi yuma bilərsiniz. Buna 10 dəqiqənizi ayırın və özünüz bir işlə məşğul olmaq istəyəcəksiniz. Burda mediativ bir təcrübə var, bu tənbəlliyi aradan qaldırır və enerji qazandırır.
 
2. Burda 5 dəqiqəlik iş var.
İşə bunun nə qədər ağır olduğu düşüncəsi ilə başlamayın. Özünüz 5 dəqiqə işləyəcəyinə inandırın. Beş dəqiqəyə dözmək heç də çətin deyil və bu, işə başlamaq üçün kifayətdir. Çox güman ki, bununla da işinizi sona qədər çatdıracaqsınız.
 
3. Böyük işləri hissələrə ayırın.
Böyük məsələnin həllinə başlamaq heç də asan deyil. İşi hissələrə ayırın və onları ardıcıllıqla yerinə yetirin. Bu daha asan çıxış yoludur!
 
4. Özünüzü mükafatlandırın.
İstənilən iş sonda mükafatlandırılmalıdır. Buna görə də hər hissəni bitirdikdən sonra həvəslənmək üçün özünüzü mükafatlandırın. Qurtardınızsa,sevdiyiniz peçenye ilə bir fincan qəhvə için, gəzişin və ya 5 dəqiqəlik mürgüləyin. Bu yaxşı vərdişdir.
 
5. Bu günün işini sabaha saxlamayın.
Sabah həftənin ən ağır günüdür. Əgər nəsə etmək istəyirsinizsə, elə indi edin, çünki sabah başqa bir vacib iş çıxacaq və fikrinizi dəyişməli olacaqsınız. Gec olsa belə, işə bu gün başlayın. Başladığınızı sabah bitirmək, sıfırdan başlamaqdan asandır.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN