Bu adamlar dünya sərvətinin 4 faizinə sahibdir

0
1970
 Bu adamlar dünya sərvətinin 4 faizinə sahibdir

Bir çox ölkələrin iqtisadiyyatının ağır durumda olmasına baxmayaraq, dünyada milyarderlərin sayı rekord həddə qalxaraq 2325 nəfərə çatıb. 

“Wealth-X” şirkəti və UBS bankının apardığı araşdırmaların əldə etdiyi məlumatlara görə, yalnız son bir ildə var-dövləti bir milyard və daha çox olanların sayı 155 nəfər artıb. 

2014-cü ilin iyuluna olan məlumata əsasən, bütün milyarderlərin varidatının məcmusu 7,3 trilyon dollar təşkil edib. Deməli, bu insanlar bütün dünya sərvətinin 4%-nə sahibdirlər. Araşdırmalar göstərib ki, yeni varlanmış milyarderlərin çox böyük əksəriyyəti Asiya regionuna aiddir. Təkcə son ildə bu rayonda 52 nəfər çox böyük sərvətə sahib olub, onlardan da 33-ü Çin vətəndaşıdır. 

Bundan başqa, mütəxəssislər dünyanın ən varlı adamlarının hansı ölkələrdə yaşaması məsələsinə də aydınlıq gətiriblər. İlk yeri ABŞ tutur - 510 nəfər, ikinci yerdə Çin (190), üçüncü - Böyük Britaniya (130), dördüncü yerdə isə Almaniya (123) gəlir. 

Avropada ümumi dövlətləri 2,3 trilyon olan cəmi 755 milyarder yaşayır. 

Araşdırma müəllifləri Yer kürəsinin ən varlı insanlarına daha çox rast gəlinən şəhərlərin siyahısını da tərtib ediblər. Məsələn, 103 nəfər Londona üstünlük verib, 85-i Moskvanı seçib, 82 nəfər Honkonqda, 37 nəfər Pekində yaşamağı tərci edib. 

Sənəddə qeyd edilir ki, dünyanın ən varlı insanlarının 80%-i öz milyardlarını özü qazanıb, yəni valideynlərindən qalan mirasa sahiblənməyiblər.
 

ŞƏRH YAZIN