Afirmasiya (Olumlama) Nədir? Necə Tətbiq Edilir?

0
4855
Afirmasiya (Olumlama)  Nədir? Necə Tətbiq Edilir?

 Afirmasiya (Olumlama) adı üstündə, şüurlu şəkildə təkrar edilən müsbət çağırış ruhlu cümlələrdir.

Təhtəlşüur (Şüuraltı) söylədiyiniz hər sözü qeyd edib bir müddət sonra həyatınıza daxil edər. Afirmasiya bu səbəbdən işə yarıyır. Nizamlı olaraq xoşbəxt bir insanam deyərək etdiyiniz bir müsbət ruhlu çağırış çalışması sizə çox fayda verəcək.  

Afirmasiyanın ən böyük müsbət cəhəti hər kəs tərəfindən asanlıqla tətbiq oluna bilən təsirli bir üsul olmasıdır. Pozitiv düşüncə müsbət ruhlu sözlərin bir araya gəlməsi ilə yaranır. Olumlu düşünən insan gözəllikləri həyatına çəkər. Həyat sizin özünüzə verdiyiniz dəyərə görə hərəkət edir. Mən DƏYƏRLİYƏM desəniz həyat sizə dəyərli olduğunuzu sübuta yetirməniz üçün imkanlar yaradacaq. 


Beynimizin reallaşdırma gücü

Beynimiz bir düşüncəni həyata keçirmək üçün müəyyən bir potensial ilə təchiz edilmişdir. Belə bir düsturla izah edilə bilər:

Reallaşması istənilən hadisə (RiH) = reallaşmasını istəmə dərəcəsi (RİD) / reallaşma ehtimalı (RE) x konsentrasiya (K) (diqqətin bir mərkəzdə toplanması)

Nə qədər çox istəsək və konsentrasiya ilə çalışsaq o şeyi qazanmağa o qədər yaxınıq. Afirmasiya bu istiqamətdə bizim şüuraltımızla əlaqəmizi təmin edən bir vasitədir. Afirmasiya ilə qorxularınızdan, zərərli vərdişlərinizdən canınızı qurtara və düşüncə gücünüzü artıra bilərsiniz.

UNUTMAYIN HƏR ŞEY SİZDƏN ASILIDIR!



 

Tərcümə edən: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN