Avraam Linkolndan oğlunun müəlliminə məktub

0
2453
Avraam Linkolndan oğlunun müəlliminə məktub

Öyrənməsini lazımlı bilirəm; bütün insanların dürüst və ədalətli olmadığını, lakin bunu da öyrət ona: Hər alçağa qarşı bir qəhrəman, hər eqoist siyasətçiyə qarşı özünü həsr etmiş bir lider vardır. Hər düşmənə qarşı bir dost olduğunu da öyrət ona,zaman alacaq bilirəm , lakin əgər öyrədə bilirsənsə qazanılan bir dolların olan beş dollardan daha qiymətli olduğunu öyrət.Itirməyi öyrənməsini öyrət ona və qazanmaqdan sevinc duymağı..

Qısqanclıqdan uzaqlara yönəlt onu.Səssiz qəhqəhələrin sirrini öyrət ona. Burax tez öyrənsin zorbaların görünüşcə qalib olduqlarını .Əgər bacara bilirsənsə ona kitabların möcüzələrini öyrət. Səmadakı quşların günəşin üzü önündəki arıların və yamyaşıl yamacdakı çiçəklərin əbədi sirrini düşünə biləcəyi zamanları da tanıt. Məktəbdə səhv etmənin hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. Ona öz fikirlərinə inanmasını öyrət,hər kəs ona səhv olduğunu söylədiyində belə..

Nəzakətli insanlara qarşı nəzakətli sərt insanlara qarşı sərt olmasını öyrət ona.Hər kəs bir-birinə ilişmiş bir istiqamətdə gedərkən , kütlələri izləməyəcək gücü verməyə çalış oğluma .Bütün insanları dinləməsini öyrət ona,lakin bütün dinlədiklərini gerçəyin ələyindən keçirməsini və yalnız yaxşı olanları almasını da öyrət.Kədərləndiyində belə necə gülümsəyə biləcəyini öyrət ona. Gözyaşlarının heç bir utanc olmadığını öyrət.

Ona qüvvətini və beynini ən yüksək qiymətə satmasını lakin heç bir zaman ürəyinə və ruhuna qiymət etiketi qoymamasını öyrət. Ulayan bir insan kütləsinə qulaqlarını tıxmamasını öyrət ona və əgər özünün haqlı olduğuna inanırsa dimdik dayanıb döyüşməsini öyrət. Ona nəzakətli davran amma onu qucaqlama .Çünki poladı ancaq od saflaşdırar. Burax səbrsiz olacaq qədər cəsarətinə sahib olsun ,burax cəsur olacaq qədər səbri olsun. Ona hər vaxt özünə qarşı dərin bir inanc daşımasını öyrət. Beləcə insanlığa qarşı da dərin bir inanc daşıyacaq. 

Bu böyük bir tələbdir, çünki mən oğlumun KİÇİK BİR İNSAN olmasını istəmirəm...
 

ŞƏRH YAZIN