Coca-Colanın prezidenti niyə heç vaxt tək şam etmir?

0
3436
Coca-Colanın prezidenti niyə heç vaxt tək şam etmir?

“The Coca-Cola Company” şirkətinin Direktorlar Şurasının sədri və baş direktoru Muxtar Kent biznesdə ən önəmli amillərdən biri sayılan münasibətlər haqda danışıb.

Hər dəfə tələbələrin və gənc peşəkarların qarşısında çıxış edərkən onların ən çox verdiyi sual: “Biznesdə uğurunuzun əsas səbəbi nədir?” olur. Buna cavab olaraq “Heç vaxt tək şam etmirəm” deyə bildirirəm.

Muxtar Kent deyib: "Həyatın hər anı müxtəlif insanlarla yeni münasibət qurmaq və ya bu münasibətləri möhkəmləndirmək üçün bir fürsətdir. Münasibətlər onun iştirakçıları üçün bir çox gözəl imkanlar yaradır.

Mənim işimdə ən vacib vasitəçi münasibətdir. Əminəm ki, məhz onun köməyi ilə hazırda “Coca-Cola” şirkətinin Direktorlar Şurasının sədri və baş direktoru vəzifəsində çalışıram. Uzun karyeram boyu mənimsədiyim ən əhəmiyyətli ibrət dərsim o olub ki, hər bir münasibət onu xeyir və şərdə bölüşən zaman doğru olur.

1989-cu ildə 36 yaşımda post-sovet və Şərqi Avropa ölkələrində “Coca-Cola”nın satışlarına məsuliyyətli idim. Bu, Berlin divarının dağıdılmasından dərhal sonra baş vermişdi. İnsan hüquqları konsepsiyası, söz azadlığı, demokratiya və sahibkarlıq – bunların hamısı həmin ərazilərdə yaşayan 350 milyonluq əhali üçün yenilik idi.

Şübhəsiz ki, hər hansı “Coca-Cola” infrastrukturundan söhbət belə gedə bilməzdi. Orada nə “Coca-Cola” zavodu, nə də çatdırılma şəbəkələrimiz var idi. Bizim önümüzdə belə bir məqsədlər qoyulmuşdu: bir neçə ay ərzində iyirmidən çox zavod tikmək və müasir çatdırılma şəbəkələrini qaydaya salmaq. Həmçinin nəzərə almaq lazımdır ki, bunların hamısını 23 ölkə ərazisində yerinə yetirməli idik.

O günlərin birində mən dünyanın siyasi və iqtisadi cəhətdən ən izolyasiya edilmiş ölkəsində – Albaniyada oldum. Albaniyanın çox ağır iqtisadi vəziyyəti var idi və əhalisi yoxsulluq şəraitində yaşayırdı. Eyni zamanda, orada inkişaf üçün potensial görmüşdük və burada zavod tikmək qərarına gəldik. Bunun üçün düzgün insanları tapmaq olduqca vacib idi. Mənə yerli stomatoloqla görüşməyə məsləhət gördülər. “Sən bu insanla danışmalısan” – tövsiyə məhz belə səslənirdi.

Görüşümüz diş həkiminin kabinetində baş tutdu. Kabinet soba vasitəsilə qızdırılırdı, oraya odun yerinə meyvə qutuları atılmışdı. Mən onunla çox qısa bir zamanda münasibətimi qurdum və nəticədə ona Albaniyada tapılmayan jurnallar göndərirdim.

Bir il öncə həmin o stomatoloq – Sali Berişa – ilk azad seçkilərin nəticəsində demokratik Albaniyanın prezidenti seçildi. “Coca-Cola” ölkə iqtisadiyyatına sərmayə qoyan ilk xarici şirkət oldu, 1993-cu ildə isə bu ölkədə ilk müasir zavodumuz inşa olundu. Prezident şəxsən açılış mərasimində iştirak etdi və lenti kəsdi. Hazırda şirkətimiz Albaniyada 2 000 nəfəri işlə təmin edir.

Tanıdığım yaşlı universitet müəllimi isə Polşanın ilk baş nazirin müavini olmuşdu. Berlin divarının dağıdılması ərəfəsində o, mənə zəng vurub dedi: “Muxtar, siz “Coca-Cola” ilə yaxşıcasına hazırlaşın, çünki artıq bu yaxınlarda Polşada hər şey dəyişəcək”.

O, doğru söyləmişdi. Məhz bu tövsiyə ilə “Coca-Cola” Polşada öz zavodunu aça bildi. Bu, şirkətin 2 il ərzində keçmiş Şərqi blok ölkələrində tikdiyi 23 müəssisədən biri idi.

Adi insan münasibətləri həm biznesdə, həm həyatda çox şey həll edir. İndi “qlobal kənd” dövründə isə münasibətlərin əhəmiyyəti daha da artır".


 

ŞƏRH YAZIN