Gülümsəyin Xanımlar Və Cənablar

0
2534
Gülümsəyin Xanımlar Və Cənablar

İş-güc, məktəb, imtahanlar, edilməsi lazım olan işlər, ailədaxili problemlər, iş yerindəki problemlərimiz, şəxsi həyatımızdakı eniş-çıxışlar… Bunların hər biri bizləri daha da pessimizmə aparır, üzümüzə acı və kədər qarışığı bir duyğunu daşıyır, irəliyə istiqamətlənən ümidlərimizi yerlə bir edir. Qarşımıza qoyduğumuz böyük məqsədləri həyata keçirməməyin bizə verdiyi yük, hər keçən gün bədənimizi bizdən uzaqlaşdırır. Ümidlər itir, cəsarət qırılır, psixologiya pozulur, cəmiyyət narahat olur.

Heç dayanıb 5 dəqiqə düşündünüzmü? Hər şey həqiqətən o qədər də pisdir mi? Bu qədər pis bir həyat gerçək ola bilərmi? Müvəffəqiyyətsizlik və bədbəxtlik qismətimiz ola bilərmi?

Bəli, sadəcə bir günümüzdə bizi xoşbəxt edəcək o qədər çox detallar var ki, birazca bunlara fikrimizi cəmləşdirməyimiz, birazca kiçik nələrdənsə özümüzü xoşbəxt etməyimiz lazımdır. Müasir həyatın üzərimizdə yaratdığı təzyiq, davamlı olaraq daha yaxşısını istəməyimizə, daha çox istehlak etməyimizə səbəb olur. Bu da insanın xoşbəxt olmasına deyil, bədbəxt olmasına xidmət edir. Balaca  bir gülümsəmədir həyatın qırılmayan budağı! Və imtina etməmək lazımdı gülümsəməkdən. Nəyin bahasına olursa olsun. Üzünüzdəki gözəlliyin xaricə vurmasıdır o! Və əslində siz fikir vermədən  başqalarının ağlının qapısını döymədən daxil olan dostunuzdur o! Bir balaca gülümsəyin, həyatınız dəyişsin! 

 

Korrektor redaktor:Salmanlı Ayna 

 

ŞƏRH YAZIN