Günə Gümrah Başlayın!

0
2000
Günə Gümrah Başlayın!

Səhər oyansanız da yataqdan qalxmaq əsl problemə çevrilir. Bütün günü elə o yataqda keçsin istəyərsiniz, çünki canınızda uzun müddətin yorğunluğu, həvəssizliyi var. Bəs nə edə bilərsiniz? Hər səhər gümrah və xoş əhval-ruhiyyə ilə necə oyana bilərsiniz? Aşağıdakılara əməl etməklə halsızlıq, yorğunluq, ən əsası isə yuxudan gec qalxma problemindən azad ola bilərsiniz.

Hər gün eyni saatda yuxudan qalxın

Bilirik, həftə sonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir! Amma iradənizdən istifadə edib, həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına kömək olarsınız. Bu rejimə alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan qalxmağa meyilli olacaq.

Saatı təxirə salmaqdan imtina edin
 
Bunu etməyən varmı, görəsən? Səhər zəng çalanda yuxudan qalxmaq əvəzinə onu 5 dəqiqə, sonra daha bir 5 dəqiqə təxirə salıb qısa, şirin səhər yuxusunun həzzini almağa çalışırıq. Amma araşdırmalara görə bu təxirə salmalar zamanı qısa yuxular dərin olmadığı üçün bizi yorğunluqdan başqa bir şey vermir. Buna görə də saat bir dəfə çalan kimi qətiyyətli olmaq və oyanmaq lazımdır.

Xoş musiqi ilə oyanmağa çalışın
 
Saatınızın səhər narahat bir tonla çalmağındansa, günə xoş musuqi ilə başlamağınız daha zövqlü olar. Eyni zamanda saatın narahat səsi ilə oyanmaq günə ürək döyüntüsü ilə başlamağa səbəb olurmuş. Odur ki, günə enerjili bir Madonna və ya Beyonce mahnısı ilə başlamaq çox xoş olacaq.

Günəş işığından enerji alın
 
Yuxu problemləri yaşayanlara tez-tez təklif edilən mövzulardan biri də yataq otağından uyğun şəkildə istifadə etməkdir. Bəli, qaranlıq bir otaqda yatmaq nə qədər asandırsa, səhərlər qaranlıq otaqda oyanmaq bir o qədər çətindir… Əgər səhərlər enerjili şəkildə oyanmaq istəyirsinizsə, gecə yatmazdan əvvəl otağın pərdələrini aralamalı, səhər açıldığında sizi günəşin oyandırmasına icazə verməlisiniz.

Qalxar-qalxmaz bir stəkan su için
 
Yuxu əsnasında bədənimiz su itirir və bu vəziyyət bizi həddindən artıq halsız edir. Əgər səhər oyanar-oyanmaz bir stəkan su içsəniz, bunun bədəninizə verəcəyi enerjini, ruhunuza verəcəyi sevinci dərhal hiss edəcəksiniz. Səhərlər su içmək eyni zamanda maddələr mübadiləsinin də sürətlənməsini təmin edəcək. Su içmə vərdişinə mümkün qədər tez yiyələnin!

Hər səhər piyada gəzmək lazımdır
 
Səhər oyandığınız zaman hərəkətsiz şəkildə ağır bir günə başlamaq yerinə, bir neçə idman hərəkəti edərək, günə çox rahat şəkildə başlaya bilərsiniz. Oyanar-oyanmaz əsnəmə hərəkətlərini mütləq edin. Daha çox idman etməyə vaxtınız olmasa da işə və ya dərsə gedərkən kütləvi nəqliyyat vasitələrinin əvəzinə piyada getməyi, lift yerinə piləkənləri seçərək hərəkət edə bilərsiniz.


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN