Hər bir kişini xoşbəxt edəcək məsləhətlər

0
2632
Hər bir kişini xoşbəxt edəcək məsləhətlər

Bu məqaləmizdə hər bir kişini xoşbəxt edəcək məsləhətləri sadalayacaq. Bura elit maşınlar, gözəl qadınlar, hesabda pul aid edilməyib.

Özünüanaliz

Günahkar axtarmaq, özünü günahlandırmaq və cəzalandırmaq mənasızdır. Yaxşı olar ki, səhvlərinizi tapıb, bir daha təkrarlanmasın deyə üzərində işləyəsiniz. Olan olmuş, keçən keçmiş.

İncimək

İncimək kişi işi deyil. Üstəlik bu hallar ümumi işlərə maneə olur.

Paxıllıq

Bu söz sizin leksikonunuzda olmamalıdır. İncimək kimi, paxıllıq da sizi dərəyə aparır.

Məna

Həyatın mənasını işinizdə və özünüzdə axtarmayın. Bu həyatda digər insanlar üçün nə qədər faydalı ola biləcəyinizi düşünün. İnsanlara kömək edin, istənilən xırda yardım sizi xoşbəxt edə biləcək. Xoşbəxt edin ki, xoşbəxt olasınız.

Həyat

Həyata baxışınızı dəyişin. Həyat yalnız məqsədə çatmaqdan ibarət olmamalıdır. Çalışın bütün proseslərdən zövq alın.

Elə-belə

Yalnız nəsə güddüyünüz insanlara kömək etməyin, əvəzsiz yardımlar da edin ki, taleh üzünüzə gülsün.

10 il

10 il öncəki problemlərinizi yada salın. Gülünc ola bilər. İndi 10 il sonra sizi nələr gözlədiyini düşünün. Bu səbəbdən sakitləşin, həyatınızı yaşayın.

Materializm

Xoşbəxtlik pulla ölçülmür! Bəzən çoxlu pul çoxlu problemləri özü ilə gətirir.

İşgüzarlıq

Bir əldə iki qarpız tutmaq olmaz, bunun nə ilə nəticələnə biləcəyi hamıya bəllidir. Çalışın bir işin qulpundan tutun, dəqiq məqsədləriniz olsun. Əgər bir neçə iş görməlisiniz isə, bu zaman birini yekunlaşdırmamış ikinciyə başlamayın. Sübüt olunub ki:

* belə halda məhsuldarlıq azalır;

* insanın diqqəti yayınır;

* daha çox vaxt sərf olunur;

* daha çox enerji itirilir;

* insan tez yorulur;

* hər kəsə və hər şeyə nifrət edilməyə başlanılır;

* xroniki stres.

 

ŞƏRH YAZIN