Həyatınızı Dəyişdirməyə Kömək Edəcək Güclü Afirmasyalar

0
4556
Həyatınızı Dəyişdirməyə Kömək Edəcək Güclü Afirmasyalar

Əgər hiss etdiyiniz kimi olduğunuza inanırsınızsa, həyatınız həqiqətən də düşüncələrinizdən və duyğularınızdan qaynaqlanır. Afirmasya və ya müsbət cümlələrin təkrar-təkrar deyilməsi ruh halınızı daha çox yüksək səviyyələrə çıxara bilər. Düşüncələrimizi sözlərə, sonra isə niyyətə çevirib reallaşmasını dəstəkləyə bilərik. Afirmasya özünü inkişaf etdirmənin sübut edilmiş bir üsuludur, çünki beynimiz fərqli bir şəkildə çalışar və həyatımızı dəyişdirə bilər. Elmi sübut da özünə pozitivlik aşılamağın beyində dəyişikliklər yaratdığını təsdiqləyir. Aşağıdakı 10 güclü afirmasya həyatınızı dəyişdirə bilər
 
1. Böyük işlər görə bilərəm 
Ən ilham verici afirmasyalardan biri gündəlik olaraq özünüzə həyatınızda böyük işlər bacara biləcəyinizi söyləyərək aşılamaqdır. Bütün vizyonunuza və xəyallarınıza fokuslanın və daha sonra bu vizyona duyğuları əlavə edin. Özünüzə təkrar-təkrar söyləyərək və böyük işlər görə biləcəyinizə inanaraq bu vəziyyəti həqiqətə çevirə bilərsiniz. 
 
2. Bu gün enerji və sevinclə doluyam 
Sevinc hissi sizin daxilinizdən gəlir, kənardan deyil. Həmçinin yuxudan oyanar oyanmaz başlayır. Bu səbəbdən səhər qalxdığınızda bu afirmasyanı təkrarlamağı vərdiş halına gətirin. 

3. Özümü olduğum kimi qəbul edir və sevirəm
Özünü sevmək, sevmənin ən saf və pik nöqtəsidir. Özünüzü sevdiyinizdə avtomatik olaraq özünüzü qəbul etməyə və özünüzə hörmət etməyə başlayırsınız. Əgər atdığınız hər addımda özünüzə inam duyub, özünüzlə fəxr etsəniz özünüzdə yeni bir işıq görəcəksiniz. Beləcə daha böyük və gözəl addımlar atmaq üçün cəsarətiniz artır və ilham alırsınız.
 
4. Vücudum sağlam, zehnim parlaq və ruhum sakit  
Sağlam bir bədən sağlam bir zehin və ruhla başlayır. Bunlardan hər hansı biri mənfi duyğulardan zərər görsə, digərləri də təsirlənər. Xəstəliyin və sağlamlığın bir nömrəli mənbəyi SİZSİNİZ. Dünyadakı bütün problemlərin şüurlu və ya şüursuz bir şəkildə sizə gəlmələri üçün verdiyiniz icazəni geri götürə bilərsiniz. Xəstəliklərinizə və qüsurlarınıza qalib gələ və yaxud hər gün məğlub ola bilərsiniz. Seçim sizindir!
 
5. Hər şeyin öhdəsindən gəlməyimə inanıram
Bu afirmasiyanı hər gün özünüzə söyləməniz lazımdır. Çünki həvəsli qalmağınız üçün çox əhəmiyyətli bir cümlədir. Bunu söyləyərək hər şeyin öhdəsindən gəlmək bacarığına sahib olarsınız.
 
6. Bu an baş verən/olan hər şey mənim sonunda rifaha qovuşmağım üçün baş verir/olur
Qurbanlar, qəzalar, təsadüflər yoxdur. Hər şeyin reallaşmaq üçün bir səbəbi olduğuna və mükəmməl bir sinxronlaşdırmaya inanın. Reallaşan və reallaşacaq hər şeylə sülh içində olun. Beləcə qorxularınız çıxıb gedər.
 
7. Həyatımın memarı mənəm, təməlini mən qoydum və içindəkiləri mən seçdim
Hər gün oyandığınızda özünüzə bu cümləni söyləyin. Hər yeni gün sizə yeni bir başlanğıc təklif edər və ətrafınızdakılar üzərində bir təsir buraxar. Bu günü istədiyiniz şəkildə istifadə edə bilərsiniz, çünki həyatınızın memarı sizsiniz. Əgər gününüzə müsbət bir düşüncəylə başlasanız gününüzü mükəmməl bir şəkilə çevirə bilərsiniz.
 
8. Keçmişdə mənə zərər verənləri bağışladım və onlardan sakitcə  uzaqlaşdım
Bu başınıza gələnləri unutduğunuz mənasına gəlməz ancaq həmin hadisələrlə və aldığınız dərslərlə barışıq halda ola bilərsiniz. Bağışlama gücünüz həyatınıza davam etmənizi təmin edər və hər hansı bir hadisəyə reaksiyanız digərlərinin sizin haqqında nə düşündüyündən fərqlidir. 1000 adamı bağışlasaq və heç biri sizi bağışlamaması belə, onların eyni nöqtəyə gələnə qədər sahib ola bilməyəcəyini bildiyiniz bir sülh və azadlıq hissini dadarsınız. Onları bağışlamaq həm də sizə qarşı reaksiyalarını da dərhal dəyişdirər.
 
9. Çətinlikləri fəth etmə qabiliyyətim sonsuzdur
Sadəcə olaraq belə demək olar: Özünüzə qoyduğunuz qadağalar xaricində heç bir limitiniz yoxdur.
Necə bir həyat istəyirsiniz?
Sizi dayandıran nədir?
Özünüzə hansı maneələri qoymusunuz?
Bu afirmasiya bütün sərhədlərinizin fərqinə varmağı təmin edər.
 
10. Bu gün köhnə, zərərli vərdişlərimi buraxıram və yeni, daha sağlam, möhkəm vərdişlər qazanıram
Çətin zamanların həyatın müvəqqəti dövrləri olduğunu bilin. Köhnə və zərərli vərdişlərinizi buraxdıqca bunlar da keçib gedəcək.  Daxilinizdə  olan yaradıcı enerjiylə hər şeyə harmoniya göstərə bilən bir varlıq olmağınız sizi davamlı yeni və parlaq fikirlərə doğru aparır.
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN