Həyatınızı sadələşdirəcək 7 üsul

0
4531
Həyatınızı sadələşdirəcək 7 üsul

Bugün həyatınızı sadələşdirmək üçün üsullardan söz açılacaq. Həyat bəzi insanlar üçün sonsuz mübarizə ola bilər. Lakin həyatı mübarizəsiz sakit və sadə şəkildə keçirmək üsulları da vardır.

Həyata uyğunlaşıb sadə yaşamaq mümkündür, sanki üzməyi oyrənib sakit suda dalğlarla mübarizə yox onlardan dəstək almaq kimi. Həyatda hər şeyi öz axışına buraxaraq, həyatınızı sadələşdirmiş olacaqsınız.

Təqdim olunan üsullardan sizə uyğun olanını seçə bilərsiz.


1. Az iş gör. Başını yalnız əsas işlərlə əziyyətə sal. Nəticədə az iş olduqda sənə ən vacib olanını da arasından tapa bilirsən. Bu zaman həyat daha sadə olur və daha az şeylər barəsində fikirləşirsən. Hamı bilir ki, çoxluq nə deməkdir.


2. Az şeyə sahib ol. Evində və digər sənə aid olan yerlərdə, həyatında çoxluğa can atma. Sənin həqiqətən nəyə ehtiyacın var? Məhz bu suala cavab tapsan görəcəksən ki, ətrafında olduqca artıq şeylər çoxdur. Onlardan azad ol. Bu rahatlıq deməkdir.


3. Xırdalıqlara girmə. Çox iş görən insanlar xırdalıqlara çox girilər. Bəzən bizlər həyatın ən xırda şeylərinə görə əsəb, stress keçiririk. Bunların yanından keçmək, əsas məqsədlərə doğru getmək lazımdır.


4. Yolüstü yığışdır. Böyük yır-yığışa hazırlaşmaqdansa gün ərzində yolüstün yığışdırmaq daha yaxşıdır. Əgər sən evdə tək qalırsansa bu sənin üçün ən əlverişli olanıdır. Heç bir şeyi sabaha qoymayın. Üstəlik bu yalnız evdəki səliqəyə yox, ümumi həyata aiddir. Həyatında həmişə təmizlik işləri apar ki, kirlənmiş şeylər səni ləkələməsin.


5. Tədricən dəyişikliklər et. Bir çox dəyişiklik etmək lazımdır və sən tələsirsən. Lakin bir anda olunan dəyişikliklər hər zaman müsbət effekt vermir. Adətən istədiyin alınmır və sən artıq heç bir şeyi dəyişmək istəmirsən, ruhdan düşürsən, dəyişikliklərdən artıq qorxursan. “Dama dama göl olar” atalar sözünü irəli tutaraq hərəkət et.


6. Məqsədyönlü ol. Yəni yalnız vacib və sənə lazım olan işlərlə məşğul ol. Yalnız bu zaman istədiyinə nail ola biləcəksən.


7. Hissiyatlı ol. Bu sənə başqalarının hisslərini anlamaq, onlarla ünsiyyətə girməkdə kömək edəcək. Sən insanlara daha çox xoş gələcəksən və onların həyatını daha da yaxşılaşdırmış olacaqsan.

 

ŞƏRH YAZIN