Neqativ Enerjini Bu Bitkilərlə Dəf Edin

0
4016
Neqativ Enerjini Bu Bitkilərlə Dəf Edin

Otlar,ağaclar insanların həyat situasiyalarına çox güclü təsir edir.Onlar qoruyucu olaraq evi-ailəni pis gözdən,nəfsdən qoruyur.Bu gün də ekstrasenslər,şamanlar və təbiblər neqativ təsirlərdən qorunmaq və mənfi enerjinin evdən təmizlənməsi üçün xüsusi otlardan istifadə edirlər.Otlardan düzgün istifadə edilərsə,həyatınızı, sevginizi, karyeranızı qorumuş olarsınız.
Otlarla evi təmizləmə.
Neqativ enerjiylə yüklənmiş evdə söz-söhbətin olmaması üçün davamlı olaraq otlardan istifadə etmək lazımdır.Evdə baş vermiş dava-dalaşdan sonra pəncərələri açıq qoyub evi təmizləmək lazımdır.Evdən neqativ enerji təmizlənməzsə,bu enerji otaqların divarlarına hopur və belə yerdə adam özünü yorğun,halsız,əhvalsız,ağrılı hiss edir.Bu halda köməyə yovşan çatar.Yovşan bir qabda yandırılır,tüstüsü ev boyu gəzdirilir.Yaxud 3x.q yovşan dəmlənilir,1 vedrə suya qatılır. Bütün evlər bu su ilə silinir.
Bəd,pis nəfsli insanlardan qorunmaq üçün.
İşdə bədxahlardan qorunmaq üçün ardıcdan kiçik bir əşya hazırlayıb oturduğunuz masanın üsütünə qoymaq olar.Ardıcın özünəməxsus qoxusu neqativ enerjini uzaqlaşdırır,xoş aura yaradır.
Uğurlu karyera üçün bitkilər.
Yatdığınız ya oturduğunuz otağın şimal hissəsinə 3 böyük dəfnə yarpağı qoyun.Dəfnə ağacı qələbə enerjisini özündə daşıyır.Otağın şimal istiqaməti karyera istiqaməti sayılır.Yarpaqları böyük,gözəl və düz seçmək lazımdır.
Pullara təsir edən  bitkilər.
Ən məşhur pul bitkiləri lavanda və ətirşah sayılır.Bu güllərin qurudulmuşunu pul kisənizə
qoysanız,pul kisəniz heç vaxt boş olmaz.Pullarınızı lavanda dəstəsinin ya da dibçəkdə əkilmiş ətirşahın yanına qoya bilərsiniz.Mistik aləmə görə bunların yanına 1 yaşıl şam da qoya bilərsiniz.Otağın cənub-şərq hissəsi pul istiqaməti sayılır.
Ağıl üçün bitkilər.
Kim tez-tez düşünürsə,və mühüm qərarlar qəbul etmək üçün daha ağıllı çıxış yolu axtarırsa,efir yağlarından  şam və lemonqras (lemongrass-sitrus ətirli ot) kömək edəcək.1 damcı şam yağı,2 damcı lemonqrası salfetkaya damızdırın və iş masasının üzərinə qoyun.Bu sizin intiuisiyanızı və zehni qabiliyyəti gücləndirəcək.
Stressə qarşı bitkilər.
Həyatımıza kömək edən,əsəb və stresimizə qalib gələn sidr ağacıdır.Bu ağacın yağından 4 damcı vanna qəbul edəcəyiniz duza damızdırın və vannaya uzanın,bütün neqativ hallardan canınız qurtaracaq.Evdə xəstə ya zədələnmiş adam varsa,başının üstünə divardan şam yaxud sidr ağacının mənzərəsini asın.
Evinizi qorumaq üçün bitkilər.
Giriş qapısının üzərində bir dəstə qanqal asa bilərsiniz.Yaxud ayın bədirləndiyi (ayın yumru olan vaxtı) gün quru soğan götürülür 2 hissəyə bölünür,yarısı evin çıxış qapısının çöl tərəfinə,yarısı qapının içəri tərəfinə qoyulur.Bir gündən  sonra soğanlar atılır.Bu halda bütün neqativləri sogan özünə yığmış olur. 
Sevincli olmaq  üçün bitkilər.
İnsana güc,stimul,enerji bir sözlə,müsbət təsir edən bitki tozağacıdır.Əhval-ruhiyyəni artırmaq üçün kişilər tozağacını arxadan,qadınlar ön tərəfdən qucaqlamalıdırlar.Həmçinin evdə bu və digər ağacların mənzərələrini asa bilərsiniz.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN