Özündən Danış Ki ...

0
2152
Özündən Danış Ki ...

İnsanların özləri haqqında danışması onları xoşbəxt edirmiş. ABŞ-dakı "Harvard" Universitetindən elm adamlarının apardığı araşdırma, gündəlik həyatda ya da internet mühitində özündən danışmağın beynin xoşbəxtlik və həvəs verən dopamin hormonunu artırdığını təmin etdiyini göstərdi.

Elm adamları, özündən ya da yaşadığı bir hadisədən bəhs edərkən şəxslərin beynində yemək yeyərkən alınan həzzin bənzərinin duyula bildiyini ifadə etdi.

Araşdırmada iştirak edənlərə, bəzi suallara cavab vermələri üçün az, bir mövzu haqqındakı fikirlərini izah etmələri ya da özlərindən danışmaları üçün isə daha az miqdarda pul təklif edildi.

İştirakçılar özləri haqqda danışmaq və fikirlərini ifadə etmək üçün pul almaqdan imtina etdi.

Qadın və kişilərin danışmalarının yüzdə 30-40-a, başqalarına fərdi təcrübələrindən bəhs etdiyini ifadə edən elm adamları, ictimai paylaşma saytlarında isə bu faizin yüzdə 80-ə yaxın olduğunu vurğuladı.

Araşdırma Amerikanın Milli Elmlər Akademiyasının jurnalında nümayiş olundu.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN