Özünü Yaxşı Hiss Etmirsənsə ...

0
1904
Özünü Yaxşı Hiss Etmirsənsə ...

Bəzən hər şey üstünə-üstünə gələr. Çox sıxılar, çox narahatlıq keçirərsən. Nə etsən faydası yoxdu düşünərsən, amma yanılarsan. Bəli, bəli. Psixoloqlar belə durumlar üçün bir neçə təklif irəli sürüb. Bu təkliflərlə özünüzü daha yaxşı hiss etmənizi təmin edə bilərsiniz. 

Gözəl geyinin;
Rejiminizi yüksəltmənin biricik yollarından biri, xarici görünüşünüzü düzəltməkdir. Gözəl geyinmək, özünüzə etibarınızı geri gətirər, özünüzü daha qəşəng və baxımlı hiss edər, həyatınızın idarəsinin əlinizdə olduğunu fərq edərsiniz.

Xoşbəxt bir üz ifadəsi meydana gətirin;
Siz gülümsədiyinizdə bütün dünya da sizə gülümsəyər. Elə isə bunu niyə etməyəsiniz? O çətinlikli, ‘üzsüz' günlərdəsinizsə, üzünüzə çətindən də olsa böyük bir gülümsəmə yerləşdirin. Sizi görənlərin də, sizə gülümsəyən bir ifadəylə cavab verdiklərini fərq etdiyinizdə ruh halınız müsbətə dönəcək və həqiqətən gülümsəyərək özünüz daha yaxşı hiss edəcəksiniz.

Başqaları üçün yaxşı bir şey edin;
Məsələn: yol verin, qapı açın. İş yoldaşlarınıza qəhvə hazırlayın. Avtobusda ya da metroda sizdən daha böyük birinə yer verin.Yaxşı bir davranış tapıdığınızda həm özünüzü daha yaxşı hiss edərsiniz, həm də ətrafınızdakıların yaxşı hiss etməsini təmin edərsiniz.

Sevdiyiniz bir şeyi edin;
Özünüzü pis hiss etdiyinizdə, sevdiyiniz və onu etdikdə yaxşı hiss etdiyinizi bildiyiniz bir şeylər edin. Məsələn: uzanın divana, ən sevdiyiniz filmin DVD-sini qoyun. Hansı filmləri izləyəcəyiniz mövzusunda qısa-qısa qərar verib seyr edin. Yoldaşlarınızı evə dəvət edib onlara yemək bişirmək sizi xoşbəxt edirsə, ya da yoldaşlarınızla qonaqlığa ziyarətə getməkdən zövq alırsınızsa, təxirə salmayın, dərhal axtarın onları. Tək olmadığınızda sizə əzab verən şeyləri daha asan unuda bilərsiniz.

Təxirəsalmadan əl çəkin;
Atalarımız "Bu günün işini sabaha buraxma" deyərək nə gözəl bir mesaj buraxmışlar bizə. Həqiqətən də edilməsi lazım olan işləri təxirə saldıqca, zehninizdə böyüyüb böyük bir dərd yumağına çevrilməsi an məsələsidir. Halbuki zamanında yerinə yetirilən vəzifələr içinizin rahat olmasına və bu səbəbdən özünüzü yaxşı hiss etmənizə imkan təmin edər. 
 
Təxirəsalma işini çox vaxt özümüz üçün yaxşı olacağını düşündüyümüz vəziyyətlərdə də dövrəyə soxarıq.. Halbuki uzun zamandır istədiyiniz şəkil, rəqs, dil kursu ya da bir başqa fəaliyyətə qatılmaq üçün daha çox zaman itirməmək özünüzü xoşbəxt hiss etmənizi təmin edər. İstədiyiniz şeyi etmənizə maneə törədən bütün bəhanələri bir kənara buraxın və qərarlı olun. Yeni şeylər öyrənmək hər vaxt çox həyəcanvericidir və canınızı sıxacaq şeyləri düşünmənizə mane olar.

Rahatlıq hiss edin;
Qayğı pozuqluğu və stress, yalnız fiziki sağlamlığınızı pozmaz, özünüzə etibarınızı da yerlə bir edər. Niyə o sıx tempi bir az salıb özünüzü rahatlaşdırmırsınız? Beynin düşüncə qəlibini yavaşladaraq daha sakit ola bilər və həyatınızın idarəsini əlinizdə tuta bilərsiniz. Rahatlamaq üçün yoga və meditasiya edə bilərsiniz. Bütün bunlar sizə uzaq tətbiqlərdirsə, yalnız bol köpüklü bir duşu da seçim edə bilərsiniz. Masaja getmək də möcüzə bir rahatlama yolu ola bilər.

Müvəffəqiyyətlərinizi qeyd edin;
Həyatınızda velosipedə minməyi öyrənmə, sürücü səlahiyyəti almaq ya da bir idmanı etmə kimi nəticələndirdiyiniz işləri bir müvəffəqiyyət olaraq görün. Pessimist bir ruh halına girdiyinizdə, özünüzlə qürur duyduğunuz bacarılarının bir siyahısını edin. Onları hər xatırladığınızda nə möcüzə bir qadın olduğunuzu düşünüb bunu qeyd edin. Hər vaxt sizi başqalarının təqdir etməsinə ehtiyacınız yox, öz-özünüzə də çata bilərsiniz.

Xoşbəxtlik verən yeməkləri kəşf edin;
Araşdırmalar, sağlıqsız qidalanmanın depressiyayla əlaqəli olduğunu göstərir. Sağlam qidalandığınızda özünüzü daha yaxşı hiss edəcəyinizi unutmayın. Bir də xüsusilə bəzi qidalar var ki, xoşbəxtlik hormonlarını hərəkətə keçirir. 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN