Xoşbəxt Olmaq Bu Qədər Asan Olmamışdı

0
2504
Xoşbəxt Olmaq Bu Qədər Asan Olmamışdı

Xoşbəxt olmağı kim istəməz ki? Daha xoşbəxt olmaq üçün nələrdən imtina edə bilərik, nə qədər qazana bilərik düşünürsünüzsə, dayanın. Xoşbəxt olmaq bəzən külli miqdarda pul gərəkdirməz. Bir neçə məsləhət belə işinizi görə bilər. 

Mütəxəssislərin seçib qruplaşdırdığı 18 tövsiyyə də belə "qızıl məsləhət”lərdəndir.  Onların fikrincə, bu məsləhətlərə əməl edənlərin 5 ildən sonra indikindən daha gözəl bir həyatı olacaq.

1. Hər səhər 5 dəqiqə gülün.

2. Hər gün bir kağıza 20 fikir, ya da təklif yazın. Əgər bunlardan birini edə bilərsizsə, mütləq edin.

3. Həftədə 1 kitab oxuyub bitirin. Oxumağa adət edin.

4. Gündə azı yarım saat şahmat və ya nərd oynayın.

5. Gündəlik yazın. Bloqunuz varsa, orada da yaza bilərsiz. Bəzi şeyləri yazmağın sizə nə qədər faydalı olduğunu görəcəksiz.

6. Dostlarınızı düzgün seçin. Lazımsız insanlarla dost olmayın.

7. Xırda pullarınızı bir bankda 1 il ərzində toplayın.

8. Xarici dil öyrənin.

9. Şəxsi həyatınıza və karyeranıza verdiyiniz önəm qədər sağlamlığınıza da önəm verin. Çips, günəbaxan tumu, peçenye yeməyi tərgidin, siqareti atın, idmana başlayın.

10. Sadə statistik məlumatları oxuyun. Bu, gündəlik həyatdakı müzakirələrə sizi yaxınlaşdırar.

11. Qorxmayın.

12. Kod yazmağı öyrənin.

13. Nə qədər qazanmağınızdan asılı olmayaraq, 15 faizini yığın.

14. Həftədə azı bir gün tv ilə bağlı heç nə etməyin.

15. Aşiq olun.

16. Hər gün yeni bir yerə gedin. (Hətta başqa bir mərtəbənin qarderob otağı olsa belə).

17. Özünüzə 1 dəqiqəlik səssizlik hədiyyə edin. Bu 1 dəqiqədə ağlınıza gələnləri yazın. Yazdıqlarınız sizi təəccübləndirə bilər.

18. Çoxlu sənədli film izləyin.

Nəticədə daha xoşbəxt olduğunuzu hiss edəcəksiz.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN