Ətrafa Təsir, Ətrafdan Təsir

0
2667
Ətrafa Təsir, Ətrafdan Təsir

İnsanlar öz enerjisini nələrə sərf edir? İşə, ailəyə, əyləncəyə və digər bu kimi dəyərli hesab etdiyimiz şeylərə. Bizim bütün həyatımız tələbatlarımızı ödəməyə və problemləri həll etməyə sərf olunur. 

Biz əvvəlcə hansı problemləri həll etdiyimizə diqqət yetirsək mənəviyyatımızı daha yaxşı dərk edə bilərik. Bizim diqqət yetirdiyimiz şeylərin siyahısına bir çox fərqli ünsürlər daxildir: səhhətimiz, işimiz, yaxın insanlar, siyasət, iqtisadiyyat.

Yuxarıda saydıqlarımızdan praktiki olaraq birbaşa bizə təsir etməyən şeyləri seçə bilərik. Bu bizim ətrafımıza olan qayğı olacaq. Bu həmçinin hansı xüsusiyyətlərlə xarakterizə olunur? Əgər biz düşünsək, görərik ki, bəzi bu kimi problemləri həll etməyə qadir deyilik. Ən azından onlara təsirimiz çox azdır. Düşünün siz siyasi məsələləri həll edə bilərsinizmi? Bu yalnız siyasi təsiredicilərdən asılıdır. Kənar fikirlər  bu sahədə çox az təsir göstərə bilir.

Həmçinin ətrafın təsiri də mövcuddur. Buna özümüzün idarə edə biləcəyimiz şeyləri aid edə bilərik. Məsələn ailə problemləri. Əgər yoldaşımızla münasibət problemləri varsa, bunları müxtəlif üsullarla yaxşıya doğru dəyişmək olar. Əgər övladınızın qiymətləri yaxşı deyilsə, ona hər hansı bir mövzunu izah edə bilərik.

Bizim həmişə ehtiyyat vaxt, güc və enerjiyə sahibik. Bu məhdudlaşdırılmış və qiymətsiz resursları səmərəli şəkildə  dəyərləndirmək lazımdır. Biz fəaliyyətlərimizin bir çoxunu problemlərin həllinə sərf edə bilərik, hansı ki, bu da xaricə təsirlərimizdən biridir. Əgər doğru edə bilsəniz, təsirlərinizin əhatəsi daha da genişlənəcək.

Reaktiv insanlar bütün enerjilərini  öhdəsindən gələ bilmədikləri  şeylərə sərf edirlər. Qeyd edildiyi kimi bəzi resurslarımız məhdudlaşdırılmış şəkildədir. Xaricə təsirimiz ücün bəzən vaxt ayıra bilmirik. Və nəticə etibarı ilə, bu azalmağa başlayir.

Proaktiv insanlar isə enerjilərini yalnız dəyişdirəbiləcəkləri şeylərə sərf edir. Beləliklə, onlar həyatlarını yaxşılaşdırmış və liderlik xüsüsiyyətlərini inkişaf etdirmiş olurlar.

Bu fəaliyyətlərimizi  3 qrupa ayıra bilərik. Birbaşa təsir edə biləcəyimiz,  nəzarətimizdə olan (məsələn, idarəetmə qərarları) və idarə edə bilmədiyimiz problemlər vardır.

Bunlardan birini həll etmək üçün əvvəlcə daha çox təsir edə biləcəyimiz sferadaki problemlərdən başlamalıyıq. Əgər problem birinci punkt  tiplidirsə, onun üzərində işləyin. İkinci tipli problemi həll etmək üçün, ətrafa təsiri genişləndirməyə çalışın. 3-cü tipə isə ümumiyyətlə əhəmiyyət verməyin. Bu onlarla edəbiləcəyiniz ən yaxşı şeydir.

Müxtəlif hadisələrə yanaşma tərzimizi dəyişərək, əhəmiyyətli şəkildə onların nəticəsinə təsir edə bilərik. Nəyə görə belə olur? Göründüyü kimi bəzi fərqində olmadığımız hərəkətlərimizə görə problemi daha da çətinləşdirə bilirik.

Təsəvvur edin ki, sizi polis saxlayıb. Bu sizin təsir edə biləcəkləriniz sırasında deyil. Əgər məsuliyyətdən yayınmaq istəsəniz, sizə güc tətbiq olunacaq. Və vəziyyət daha da gərginləşəcək. Əksinə, əgər qaydalara qarşı daha diqqətli olsanız aldığınız cərimə də daha yüngül olacaq. Buna görə də ən yaxşı seçim özümüzdən asılı olan şeyləri daha da yaxşılaşdırmaqdır.

ŞƏRH YAZIN