İşdə Motivasiya Uğurun Açarıdır

0
2472
İşdə Motivasiya Uğurun Açarıdır

İşdə motivasiya uğurun açarıdır desəm,inananrsınız? Bəli,bəli,iş zamanı motivasiya çox önəmli amildir.İnsanın özünə verdiyi motivasiyalar insana enerji verən mənbədir:digərləri isə insanlar,yerlər və mühitdir.
Məsələn,sistem analizçisinin komanda ilə uğurlu işi onun motivasiyasını davamlı edən açardır. Lakin müdiri və iş yoldaşlarının və ya işlədiyi mühitin ona qarşı olduğunu hiss edərsə,bu insan hər üç və ya dörd ildə bir karyerasında dəyişiklik edər və hər yeni işdə özünü daha enerjili hiss edər.

Uğur qazanmaq istəyirsənsə,çox çalışmalısan. 

Hər hansı bir kiçik fərq yaratmaq üçün belə öncədən hazırlıq görmək və çox çalışmaq lazımdır.Bill Qeyts uğur əldə etməmişdən öncə kompyuter qurdu,Maykl Cordan çox böyük basketbolçu olmamışdan öncə məktəbdə çalışqan bir idmançı idi.Bu hər iki insan çox varlıdırlar və onlar nə çox işləməkdən,nə də uğursuzluqdan çəkinmədilər.
Ehtiras uğurun içində bir amildir,lakin təkcə ehtiras kifayət deyil,ciddiyə alınmayan yuxular,xəyallarının geçəkləşməməsi və ya layiq olduğu halda uğuru qazana bilməmək hissi uğura gedən yolun maneələridir.Hər hansısa bir investisiya,zaman və  pul xərcləmədən  bir dəfəlik  mükafatı qazanmaq gözəldir,ancaq bir mütəxəssisin dediyi kimi “ suyun üstündə gəzmək bir gündə öyrənilməz”.Hər gün kiçik qazanclar və ya mükafatlar əldə etmək böyük mükafatları hədəfləməkdən daha doğru olacaqdır.   

Xəyal qur və arxasınca get. 
 
Missiyalar mükəmməlliyə gedən yolun dəyərləridir.Zirvəyə çıxanların iş həyatlarında onları fərqli edən ünsürlər araşdırıldığında onların hamısında xəyallarının istiqamətində getmək və xəyallarına inanmaq əsas amil olmuşdur.   
 
Özünü və qabiliyyətlərini təqdir et. 

“Multiple İntelligences” müxtəlif intelektlər mövzusunda aparılan araşdırmalar,insan potensiyalını daha yaxşı anlamağı  asanlaşdırılmışdır.Bir çox bacarıqlı insanlar sahib olduqları bütün qabiliyyətlərdən istifadə etmirlər,ancaq bacarıqları ortaya çıxarmağa qərar versələr irəlidəki karyera yollarına böyük təsir edə bilərlər.

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN