Reklamın Yaxşısı, Pisi Yoxdur

0
1811
Reklamın Yaxşısı, Pisi Yoxdur

Risk budur!

Sözü iti və kəskin olan bir yazıçının üzərində Hitlerin şəkli olan Biomen reklamı üçün irəli sürdüyü fikirlər diqqətdən yayınmır.

Məncə, bu gün bu reklamı görməyən insan qalmamışdır. Hətta Huffington Post, New York Post, Ads of the World kimi milyonlarla təqibçisi olan bu cür nəhəng saytlar belə həmin reklamın xəbərini kütləyə çatdırmışdır.

Təbii olaraq, reklamın başında ABŞ mərkəzli yəhudi qeyri-hökumət təşkilatı olan “Böhtan və İnkar” ilə mübarizə aparmaq üzrə bir çox qeyri-hökumət təşkilatlarından böyük reaksiyalar aldı və siyasi bir böhrana yol açmadan aradan qaldırıldı.

Bəs bu reklamın markaya köməyi nə oldu?

Reklamdan öncə Biomen üzrə “Google”da axtarış sayı 90%-i keçdiyi bir halda, reklamdan sonra vəziyyət bir qədər dəyişdi və bunun markaya heç bir köməyi olmadı.

Reklam yalnız reklam üzü ilə deyil, mətni ilə də tam bir rəzalət idi. Reklamda önə çıxarılmaq istənilən, ancaq çox qabarıq görünən cümlə və ümumilikdə mətn xətaları vardır. Bir sözlə, mətn çox çirkin bir hala salınmışdır.

Yazıçı Asəf Güvən öz yazısında belə demişdir:

“Bio” kişi deyilərək, yalnız kişi şampunu olduğu vurğulanmışdır. Hər halda irqi və genetik fərqlilik də buna görə yaddaşlarda bu cür qalmışdır.

“Reklamın yaxşısı, pisi olmaz” deyə belə bir qeyd də vardır. Hətta bir yazımızda, reklamla bağlı olan bir məqalədə bu qeyddən istifadə etmişdik ki, Biomen reklamı bu fikrin yanlış olduğunu sübut edə bilər. Bu reklamın “Biomen”ə gəlirdən çox, ziyan gətirdiyi də göz önündədir.

Ümid edirik ki, bu və buna bənzər çirkin və aldadıcı reklamlarla bir daha qarşılaşmarıq.

 

Tərcümə etdi: Nəzrin Məmmədova

ŞƏRH YAZIN