Biznesə başlamaq üçün 10 səbəb

0
2766
Biznesə başlamaq üçün 10 səbəb

1. Özünüz öz rəisinizsiniz
İşlədiyiniz hazırkı işdən bezmisinizsə, kimin üçünsə çalışmaq sizə xoş gəlmirsə, işdəki problemlərdən ailənizə yetərincə vaxt ayıra bilmirsinizsə ÖZ BİZNESİNİZİ QURMALISINIZ.
Əgər öz biznesinizi qursanız, ancaq 1 şəxs, yəni özünüz qarşısında cavab verməli olacaqsınız. Özünüzün öz rəisiniz olmağı sizə iş azadlığı verəcək. Bu yaxşıdır ya pis, buna siz qərar verirsiniz.

2. Siz ancaq maraqlandığınız işlə məşğul olacaqsınız
Əgər eyni işlə məşğul olmaq sizi bezdiribsə və özünüzü işdə paslanmış hiss edirsinizsə və ya sizin gördüyünüz işdən sonra daha çox boş vaxtınız qalırsa siz bizneslə məşğul ola bilərsiniz. Şəxsi biznesini formalaşdırmağın ən üstün cəhətlərindən biri odur ki, özünüz öz biznes sferanızı müəyyənləşdirib və işə başlaya bilərsiniz. Məşğul olacağınız sahədə araşdırma aparırsız və öz arzunuzu və ya xobbinizi uğurlu biznesə çevirə bilərsiniz. Biznesə hazırkı işinizi tərk etmədən də başlamaq mümkündür.

3. Sizin biznesiniz = Sizin işi bitirmə vaxtınız
Şəxsi biznesinizi formalaşdırdıqda işi nə vaxt bitirəcəyinizə siz qərar verirsiniz. Bu da sizə hər hansı işdə olduğu kimi məcburi işi bitirmə vaxtından daha çox fayda verir. Amma bu o demək deyil ki , biznes sahibi nə vaxt istəsə işə başlaya və ya işləməyə bilər. Yalnız fərq onda olacaq ki, siz işə daha məsuliyyətli və dəqiq yanaşacaqsız. Şəxsi biznesdə reputasiya qorumaq vacibdir.

4. Kreativ olun
Öz biznesinizi quranda vacib qərarları özünüz qəbul edirsiniz. Bu zaman gördüyünüz hər bir işə kreativ yanaşmaq imkanınız olacaq. Kim bilir bəlkə sizin verəcəyiniz yeni qərar daha çox glir qazandıra bilər. Lakin sadəcə şirkətdə işləsəniz, qərarları siz vermirsiniz və verilən qərarları yerinə yetirirsiniz. Öz verdiyiniz qərarlar sizin şəxsi keyfiyyətlərinizi artıracaq və bununla siz biznesdə geniş təcrübə qazanmış olacaqsınız.

5. Öz biznesinizi yaratmaq çətin deyil
Əgər biznes xəbərlərindən ibarət xəbər saytlarını izləyirsinizsə və ya yeni bir kiçik biznesin boyük şirkətə çevrilməyi haqda oxumusunuzsa, deməli, bunu siz də edə bilərsiniz. Hər il dünyada 100 minlərlə yeni kiçik bizneslər yaradılır. Hər bir boyük holdinqlər və şirkətlər də nə vaxtsa kiçik bir biznes olub, ondan əvvəl isə kiminsə beynində fikir şəklində formalaşıb. Bunları nəzərə alsanız, sizin də bunu etməyə imkanlarınız olacaq. Sadəcə bir qərar verməlisiniz və stereotipləri qırmaq lazımdır. Unutmayın ki, hər bir biznes sahibinin ilk atdığı addım bu olub.

6. Öz biznesiniz daha gəlirli ola bilər
Əgər fikirləşirsinizsə ki, ancaq böyük şirkətlər çox gəlir əldə edir, yanılırsınız.
Saysız kiçik biznes hekayələri var ki, orada biznes sahibi yaxşı ideyası ətrafında qurduğu biznes və düzgün qərarlar nəticəsində ilin sonunda milyonlar əldə edib. Baxmayaraq ki, startup prosesi çoxlu iş saatı və az gəlir gətirir. Ancaq sonda əldə edəcəyiniz gəlir inanılmaz böyük ola bilər. Buna görə də biznes risk tələb edir.

7. Bu iş dəyişkəndir
Öz biznesində bütün sənədləşmə işləri, müştəri və istehsalçılarla görüşmələr, ofisin yerinin müəyyən edilməsi və s. görəcəyiniz işlər olacaq. Əgər hazırki iş yerinizi monoton hesab edirsinizsə, öz biznesinizə başlamaq əla imkandır. Lakin bütün sadalananlarla üz-üzə qalmaq sizi qorxutmamalıdır və bacarıqlarınızı maksimuma qaldırmanız tələb olunur. Əgər təkbaşına karyera istəyirsinizsə, bu yol sizin üçün əla olacaq.

8. Öz biznesiniz sizin ikinci karyeranız da ola bilər
Təbii ki, əgər siz aylıq gəlirinizdən məhrum olmaq istəmirsizsə, öz biznesinizi işinizlə paralel olaraq görə bilərsiniz. Bu həm çətin işdir, həm də bacarıq tələb edir. Lakin bu, sizə normal vəziyyətinizdən daha çox gəlir gətirmiş olacaq. Həm də firmada işçi olduğunuz halda, öz şirkətinizin sahibi olacaqsınız. Maraqlandığınız sahəni seçib işə başlaya bilərsiniz.

9. Xərclərinizi minimuma endirin
Baxmayaraq ki, çoxlu kiçik firmalar bizneslərini ofisdən idarə edirlər, biznesə yeni başlamış şəxslər bizneslərini evlərindən də idarə edə və beləliklə, biznesin ilkin mərhələsində xərcləri minimuma endirə bilərlər. Bu sizi həm də ofisə getməkdə olan vaxt itkilərindən və ictimai nəqliyyatdan istifadədən azad edir.

10. Böyük arzunuz reallığa çevrilə bilər
Siz fikirləşə bilərsiniz ki, öz biznesinizi forlamaşdırıb şirkət yaratmaq sizə kiçik bir ofisdən, 2-3 işçidən, şəxsi otağınızdan və ekstra gəlirdən başqa heçnə verməz? Unutmayın ki, dünyaca məşhur mağaza şəbəkələri və şirkətlərin keçmişi kiçik otaq, 2-3 işçi və uğurlu qərarlardan başlayıb.
 

ŞƏRH YAZIN