Şəxsi biznesə başlamağın 10 əlaməti

0
2996
Şəxsi biznesə başlamağın 10 əlaməti

Əgər siz stol arxasında oturub şəxsi biznesiniz haqqında xəyallar qurursunuzsa, bu məqalə məhz sizin üçündür.

Aydındır ki, şirkətin açılması mürəkkəb bir prosedur olacaq və kifayət qədər böyük səy tələb edəcək. bütün bu çətinliklərə baxmayaraq, şəxsi biznesə sahib olmaq fikri sizi rahat buraxmır. Şəxsi biznes qurmaqda nə qədər ciddi olduğunuzu bilmək istəyirsinizsə 50 əlamətdən ilk 10-u diqqətinizə çatdırıram.

1. Meyllilik – son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri də “lider olmaq üçün lider doğulmaq lazımdır” fikridir. Bu məsələyə hansı nəzər nöqtəsindən yanaşmağınızdan asılı olmayaraq, siz bəzi lider xüsusiyyətlərinə sahib ola bilərsiniz. Hətta siz lider kimi anadan olmasanız da, zamanla lider kimi formalaşa bilərsiniz. Siz ilk addımı atmağa və biznes qurmağa hazırsınız?
2. Təfəkkür tərzi – biznesmenlər daima düşünürlər. Bunu istər lənət kimi qəbul edin, istərsə də nemət. Əgər özünüzdə belə bir keyfiyyətin olduğunu müşahidə edirsinizsə, bəlkə də artıq gündəlik bezdirici həyatı bir kənara qoyub və öz xəyallarınızı reallığa çevirməyin vaxtı gəlib çatıb.
3. Həvəs –əgər artıq xoşunuza gələn biznes konsepsiyası mövcuddursa, onu reallaşdıra bilərsiniz. Çünki biznesmenlər sevdikləri işlə məşğul olurlar və məhsul haqqında öz düşüncələrini həyata keçirmək üçün əllərindən gələni edəcəklər. Onlar bundan zövq alırlar!
4. Sərbəstlik – bu, o demək deyil ki, siz sosial insan deyilsiniz və insanlardan necə yardım istəyəcəyinizi bilmirsiniz. Bu o deməkdir ki, siz əksər problemləri sərbəst olaraq həll edə bilərsiniz.  Ola bilər ki, siz özünüzü şirkət yaradacaq qədər müstəqil hiss edirsiniz.
5. Özünü motivasiya – hərəkətə keçmək üçün sizə hər zaman motivasiyaya ehtiyac duymaya bilərsiniz: siz hər səhər oyanırsınız və lazım olan hər şeyi edirsiniz. Bu tip özünü motivasiya biznes qurmağa da təkan verə bilər.
6. Mütəşəkkillik – biznes qurmaq təşkilatçılıq qabiliyyəti istəyir. Bir müddətdən sonra siz bir sıra mütəxəsəssislər işə götürəcəksiniz, lakin buna qədər bəzi işləri özünüz görməli olacaqsınız ki, bu da təşkilatçılıq qabiliyyəti olmadan mümkün deyil.
7. Insanlara kömək etmək ehtiyacı duyursunuz - əgər məhsul satmaqla və xidmətlər göstərməklə insanlara yardım etməyə istəklisinizsə, bu şəxsi biznesin yaranacağına dolayı yolla dəlalət edir. Belə ki, tarix boyu ən güclü şirkətlər məhz insanlara hər hansı bir problemi həll etməkdə kömək etmək istəyindən yaranmışdır.
8. Siz ən yaxşı şirkəti yaradacağınıza əminsiniz – ola bilər ki, bu sadəlövhlük və ya eqosentrizmin nəticəsidir, amma istənilən halda sizin əminliyiniz müşahidələrə, eləcə də təhlilə əsaslanır ki, bu da yeni fəaliyyətə başlayan biznesmen üçün mühüm amildir.
9. Artıq uzun müddətdir ki, nə vəzifəniz, nə də maaşınızda artım yoxdur - əgər hər səhər işə getmək üçün həvəssiz oyanırsınızsa, deməli, siz işinizdən razı deyilsiniz. Vəzifədə yüksəliş qismən bu problemi həll etməyə imkan verə bilər, lakin siz özünüz başa düşürsünüz ki, bütün ömrü boyu standart qrafik üzrə işləmək sizlik deyil. Lakin bu o demək deyil ki, siz bu halda biznesə başlaya bilərsiniz. Şəxsi biznesin sizin üçün nə dərəcədə əhəmiyyyətli olduğunu özünüz üçün müəyyən edin. Bəlkə də mövcud işə qarşı həvəssizlik keçəri haldır və ya ola bilər ki, siz hələ sevdiyiniz işi tapmamısınız.
10. Siz öz yanaşmanızı sübut etməyə ehtiyac duyursunuz – belə deyək, sizin ideyanız olsa da, hamı təkidlə bunun real olmadığını deyir. Bu halda necə hərəkət edəcəksiniz? Skeptiklərə haqlı olduğunuzu isbat etmə istəyi sizin üçün stimulverici amil kimi çıxış edəcək.
 

ŞƏRH YAZIN