Google-da axtarışın effektiv yolları

0
2805
Google-da axtarışın effektiv yolları

Hər gün milyonlarla insan Google-dan müxtəlif informasiyanın axtarışı məqsədilə istifadə edir. Lakin çox az insanlar axtarışın bütün imkanlarından istifadə edir. İnformasiyanı daha effektiv axtarmağın 7 yolunu diqqətinizə çatdırırıq.

Cümləni olduğu kimi dəqiqliklə tapmaq üçün “dırnaq” işarəsindən istifadə etmək lazımdır. 

"vaxtı keçmiş kreditlər nəzərə alınmaqla" 

Əgər siz sitatın hansısa bir sözünü unutmusunuzsa, kədərlənməyə dəyməz! Sadəcə bütün sitatı yazın və yadınızdan çıxan həmin sözü “*” (ulduz) işarəsi ilə əvəz edin. Bununla da sizin axtardığınız sitatı yadınızdan çıxan sözlə bir yerdə tapmış olacaqsınız.

"hər bir uyğyunlaşma * ölümdür, fərdiliyin azalmasıdır" 


Verilmiş bir neçə sözdən istənilən birini necə tapmaq olar? Sadəcə olaraq bütün sözləri sıra ilə yazın və aralarında “|” (şaquli sleş) işarəsini qoyun. Google bu sözlərin istənilən birinin iştirak etdiyi sənədləri və saytları axtarıb tapacaq.

kreditlər|depozitlər|banklar 


Bir cümlə daxilində işlənən sözləri tapmaq üçün bağlayıcı kimi “&” (və) işarəsindən istifadə edin. Əgər sözləri “&”  bağlayıcısından istifadə edərək axtarsaz, onda Google bu iki sözün bir cümlədə işləndiyi sənədləri axtarıb tapacaq.

Freud & Statue 


Hər hansısa bir sayt üzrə informasiya axtarmaq üçün “site” sözündən istifadə edilir. Lakin bundan sonra mütləq “:” (iki nöqtə) işarəsini qoymaq lazımdır.

banklar haqqında qanun site: cbar.az 


Müəyyən tip faylları necə axtarmaq olar? Bunun üçün “mime” yazın “:” qoyub və hansı tipdə fayl axtardığınızı yazın.

cv forması mime: doc 


Hansısa bir dildə axtarış etmək üçün “lang” və “:” birləşməsindən istifadə edin. Məsələn əgər axtardığınız sənəd rus dilindədirsə - ru, fransız dilindədirsə - fr ifadələrindən istifadə edin.


Kalkulyator funksiyası: Google-da hesablamaq istədiyiniz formulanı yazdığınız zaman cavabını ala biləcəksiniz.

 

ŞƏRH YAZIN