Bir Qadin Bir Şirkətin Teleyini Necə Dəyişdi ?

0
2455
Bir Qadin Bir Şirkətin Teleyini Necə Dəyişdi ?

Funda Başman, qayınatasının 50 il əvvəl təmirçi olaraq işə başladığı dükanı, bu gün 5 milyon dollar ixrac edən şirkətə çevirdi. Adanalı Başman ailəsinin gəlini olan Funda Başman, istehsal etdiyi əkinçilik maşınlarının böyük hissəsini Avropa ölkələrinə ixrac edir. Başmanın yeni hədəfi isə Yaxın Şərq və Orta Asiya ölkələridir.

Türkiyədə maşınlı əkinçiliyin başladığı 1950-ci illərdən Kamal Başmanın təmirçi dükanı olaraq işlədiyi  iş yeri, bu gün Türkiyənin ən əhəmiyyətli kənd maşınlar istehsal edən müəssisələrindən biri oldu. Həm istehsal, həm də marketinq mövzusunda davamlı yenilik yaradan Başman Kənd  Təsərrüfatı Alətləri İstehsalat edən Sənaye ticarətinin müvəffəqiyyətinin ardında bir qadının da imzası var.
 
Hələ də şirkətin Baş direktor müavini vəzifəsini icra edən Funda Başman, eyni zamanda Başman ailəsinin gəlinidir. Qurucu Kamal Başmanın oğlu Xəlil Baçman ilə evlənərək rəhbərlikdə vəzifə aldı. Dərmanlama maşınlarından sap parçalama və kanal açma maşınlarına qədər geniş bir miqyasda çıxarılan kənd təsərüfatı alətlərin əhəmiyyətli bir qisimini ixrac edirdi. İnkişafın geri qalan hissəsi isə Funda Başman tərəfindən Anadolu çöllərində hazır edildi.
 
Çəkmələrimi geyinib geniş çöllərə gedirəm
Əslində iqtisad təhsili alan Funda Başman, maşın mühəndisi olan həyat yoldaşı Xəlil Başman çox yaxşı layihə çıxarmasına qarşı, marketinqlə maraqlanmadığı halda marketinq mövzusuyla maraqlanmağa başlamışdır. Bu mövzuda davamlı özünü inkişaf etdirdiyini söyləyən Başman, yeni taktikalarla Anadoluda təqdimat etdiklərini ifadə edir. Anadolu sakinlərinin bəzən ənənələrini asan tərk etmədiyini vurğulayan Başman, "bu səbəblə maşınları, müxtəlif bölgələrdə 'tarla günləri' təşkil edərək, kəndliyə şəxsən tanıdırıq" dedi.Müəyyən bölgələrdə müəyyən təqdimatları üçün təşkilat etdiklərini, bunun üçün əvvəldən buklet və afişalar çıxardaraq elan etdiklərini ifadə edən Başma daha sonra bunları söylədi:
"Nə zaman hansı tarlada 'tarla günü' edəcəyimizi əvvəlcədən məlumat verdiyimiz üçün kəndli oraya toplanırdı. Şəxsən cütçünün ayağına gedirik. Mən də çəkmələrimi geyib gedirəm. Əkinçiyə maşının xüsusiyyətlərini şəxsən işlədərək göstəririk. Ehtiyaclarıyla üst-üstə düşdüyünü görüncə razı olurlar. Trakyadan Şərqi Anadoluya qədər hər bölgəni gəzirik. "
 
Marka təqdimatı üçün daxildə və xaricdə davamlı sərgilərə qatılan Başman Zirai Alətlər, yenə marketinq strategiyasının bir parçası olaraq, çox sayda buklet çıxardıb, bölgə-bölgə paylayaraq təqdimat edir. Xarici alıcılarla isə Sərgilər vasitəsiylə təmas qurulur. Dövrlərə görə dəyişməklə birlikdə, ortalama 70 adamın məşğul olduqu istehsalın təxminən yüzdə 80-i Fransa, İtaliya, Portuqaliya və Rumıniyaya ixrac edilir. Hətta İtaliyadakı bir firma, bu məhsulları Türkiyə daxil başqa ölkələrə də ixrac edir. Təxminən 6 milyon dollar gəlir edən şirkətin ixracat məbləği da 5 milyon dollar ətrafındadır. Basman Kənd Təsərüfatı Alətlerin bundan sonrakı bazar hədəfi Orta Asiya ölkələri ilə Orta Şərq ölkələridir.
 
Keyfiyyəti təhsillə təmin edirik
Kənd təsərrüfatı maşınlarında, Avropa ölkələrinə özünü sübut etmənin yolunun keyfiyyətə keçdiyini söyləyən Funda Başman, keyfiyyətli istehsalı də iş yerindəki təhsilə bağlayır. Hər birimiz istehsalla əlaqədar davamlı özlərinə hədəflər qoyduqlarını da vurğulayan Başman, "Həmişə birlikdə davamlı yeni şeylər öyrənirik. Ehtiyac duyduğumuz sahələrdə, bəzən İstanbuldan mütəxəssis gətirilib işçilərimizə təhsil veririk. Beləcə fərdi inkişaflarında iştirak edirik. Lazım olsa bəzən mən özüm masanın üzərinə oturub onlara bəzi kitabları oxuyuram. Hətta zaman zaman paltarımı dəyişib aralarına girib mən də işləyirəm. Bunun kimi vəziyyətlər işçilərimizin motivasiya edir "dedi.
 
Cehizlik qızıldan doğan şirkət
Tam 50 il əvvəl  dükanı qaynatam Kamal Basman açmış. Əvvəl təmir işləri edirmiş. Daha sonra bir az daha inkişaf etdirmək üçün bir torna maşını almaq istəmiş. Amma bunun üçün kifayət qədər sərmayə olmadığı üçün qayınanam Salehə xanım sandıqdan bilərziklərini çıxarıb vermiş və ilk torna maşını alınmışdı. Yəni Başman Mexanika, Salehə xanımın bilərzikləri sayəsində doğulmuşdu.
Bir gün bir cütçü Alman malı bir dərmanlama maşınını təmir etdirmək üçün gətirmiş. Təmirin bitməsinə baxmayaraq qaynatam əkinçiyə "hələ bitirmədim" deyə, maşını 1 həftə təslim etməmiş və o müddət içində bütün maşını parçalayaraq şəkilini çəkmiş və kopyalamışdı. Bir həftə sonra da əkinçiyə etdiyi yeni maşını təslim etmiş. Əkinçilik maşınları istehsalına bu şəkildə başlanmış.
 
Əlimin xəmiriylə evdə oturmaram 
Mən əlimin xəmiriylə evdə oturmaram. Mənim əlimin onsuz da heç vaxt xəmirli olmadı. Dayanmadan işlədim. Çox adam Şərqi Güneydoğuya şəxsən mənim getməyimi qınayır. Amma mən o bölgədə qurduğum yaxın dostluqlar sayəsində işlərimi daha asan hall ede bilirəm. Qadın olmanın üstünlükləri çoxdur. Kafeyə gəlib, qarşılarında çox yaxşı bazarlıq edən bir qadına vərdiş etmədiklərindən, etiraz etmirlər. Bir çox işçilərimizin nəticə əldə edə bilmədiyi yerlərdə mən bir telefonla da həll edə bilirəm. Mən doğru dialoq qurmağa çalışıram, o səbəblə mənə qarşı heç bir etiraz etməzlər. Bir çox müştərilərimlə qohum kimi olmuşam. Getdiyimdə lazım olsa evlərində də qalaram
 
Tərcümə etdi: Bəsti Mehraliyeva

ŞƏRH YAZIN