Dünyanın Ən Şanssız Şanslı İnsanı!

0
6626
Dünyanın Ən Şanssız Şanslı İnsanı!

Dünyada ən bəxtəvər insanı olmağı kim istəməz ki? Frane Selak kimi...81 yaşında təqaüdçü bir musiqi müəllimi olan Frane Selak 1929-cu il təvəllüdlüdür,Xorvatiyada yaşayır.Tam 7 fəlakətdən xilas olub.
1962:
Saraybosnadan Dubronikə gedən qatara mindi.Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü.Buz kimi suda 17 adam boğuldu.Selakın qolu qırıldı,amma xilas oldu.
1963:
Ən bəxtəvər,ən şanslı insan Zagrebdə DC-8 tipi bir təyyarəsinə mindi.Təyyarə havadaykən qapısı açıldı və Selak aşağı düşən 20 adamdan biriydi.Qəzada 19 adam öldü! Selak saman yığınına düşdüyü üçün yaralı olaraq xilas oldu.
1966:
Mindiyi avtobus çaya düşdü 4 nəfər öldü o bir neçə sıyrıqla xilas oldu.
1970:
Avtomobiliylə gedərkən mühərrik alov aldı.Özünü çölə çətin atdı,maşının benzin anbarı partlayış etdi.
1973:
İşləməyən benzin pompası Selakın avtomobilinin motoruna benzin axıtdı,maşın alovlandı. Meydana gələn partlamada saçlarının bir hissəsini itirdi.
1995:
Zagreb küçələrində avtobus onu vurdu,amma yüngül xəsarət aldı.
1996:
Avtomobili bir döngədə Birləşmiş Millətlər Təşkilatına aid yük maşını ilə qəzaya uğradı.Skoda marka avtomobiliylə uçuruma ucdu.O bir ağacın üstünə düşdü,avtomobili yandı.
Selak artıq "şans"ı - ya da kimisinə görə,"şanssız"lığı mövzusunda dünya miqyasında məşhurluğa sahibdi.Hər kəsin təqib etdiyi Selakın hekayəsi xoşbəxt sonluqla bitdi.2003-cü ildə, həyatında ilk dəfə lotoreya bileti alan Selak böyük mükafat olaraq,1.000.000 $-dan çox pul qazandı.Selak həyat hekayəsini danışarkən "Buna iki şəkildə yanaşa bilərsiniz" deyir:
-"Ya dünyanın ən şanssız insanıyam,ya da ən şanlısı.Mən ikincinin doğru olduğuna daha çox inanıram."
2004-cü ildə bir reklam şirkəti Selakı Avstraliyada bir reklam filminə dəvət etdi.Bu təklifi ilk başda qəbul edən Frane Selak daha sonra fikrini dəyişdirdi və Sidneyə Təyyarə ilə getməyi rədd etdi.Buna səbəb olaraq isə,"Şansımı yoxlamaq istəmirəm" 

 

Korrektə etdi:Günel İbadova

 

 

 

 

ŞƏRH YAZIN